BAKI, AzerVoice, Nailə Babazadə
Suriyanın mərkəzində yerləşən Homs vilayətində, Əli Talib məscidində cümə namazı zamanı baş verən partlayış nəticəsində ilkin məlumata görə 5 nəfər ölüb, 9 nəfər yaralanıb.
AzerVoice xəbər verir ki, Suriya Ərəb Xəbər Agentliyi (SANA) Homsdakı Əli Talib məscidində partlayış baş verdiyini bildirib.
Yerli mənbələrin verdiyi məlumata əsasən, partlayış nəticəsində ilkin olaraq 5 nəfər həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı istintaqa başlanılıb. Partlayışın terror aktı ola biləcəyi ehtimalı araşdırılır.
