
BAKI, AzerVoice
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilir.
AzerVoice xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində baş tutur və özbək sənətçilərin və yaradıcı kollektivlərin iştirakı ilə zəngin konsert proqramı ilə müşayiət olunur.
Açılış mərasimi Azərbaycan və Özbəkistan arasında mədəni dialoqun bir hissəsi olmaqla, iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə və humanitar əməkdaşlığın inkişafına xidmət edir.
Tədbirdə mədəniyyət xadimləri, həmçinin paytaxtın qonaqları və sakinləri iştirak edirlər.