Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

    14 Dekabr 2025 20:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Bu gün Azərbaycan–Özbəkistan münasibətləri dövlət başçılarının uzaqgörən siyasəti sayəsində mədəniyyət də daxil olmaqla bütün sahələrdə dinamik şəkildə inkişaf edir.

    AzerVoice-un bazar günü verdiyi məlumata görə, bunu Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanda Özbəkistan Respublikasının Mədəniyyəti Günlərinin açılış mərasimində çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, Özbəkistanda və Azərbaycanda keçirilən Mədəniyyət Günləri incəsənət sahəsində adi tədbir deyil.

    “Bu, iki qardaş xalqın ortaq köklərinin, qarşılıqlı hörmətinin və dostluğunun əyani təzahürüdür”, – deyə Cəfərov vurğulayıb.

    Nazir müavini qeyd edib ki, Özbəkistan Respublikası Prezidentinin rəhbərliyi altında ölkə inkişafın bütün istiqamətlərində mühüm nailiyyətlər əldə edir.

    “Mədəniyyət bu prosesin prioritet və xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biridir. Çünki biz eyni kökdən gələn, ortaq tarixi-mədəni irsi, dəyərləri və ənənələri bölüşən xalqlarıq”, – deyə o bildirib.

    Fərid Cəfərov həmçinin vurğulayıb ki, bu il Azərbaycanda və Özbəkistanda Mədəniyyət Günlərinin qarşılıqlı əsasda yenidən keçirilməsi təsadüfi deyil. Onun sözlərinə görə, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri qarşı tərəfin ölkəsində keçirilən beynəlxalq festivallarda mütəmadi olaraq iştirak edirlər.

    #Azərbaycan #Bakı #Özbəkistan #Mədəniyyət Nazirliyi #Heydər Əliyev Mərkəzi #Fərid Cəfərov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

    14 Dekabr 2025 23:00

    "Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa

    14 Dekabr 2025 21:20

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

    14 Dekabr 2025 19:52

    FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    14 Dekabr 2025 19:17

    Bakıda keçirilən veteran stolüstü tennisçilər arasında turnirin qalibləri müəyyənləşib

    14 Dekabr 2025 18:36

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    14 Dekabr 2025 15:17

    Azərbaycan karateçiləri dünya çempionatında uğurla çıxış ediblər

    14 Dekabr 2025 15:04

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    14 Dekabr 2025 14:08

    Türkiyədən Özbəkistana avtomobil ixracı 60 milyon dolları keçib (ÖZƏL)

    14 Dekabr 2025 13:00

    FHN işğaldan azad olunmuş ərazilərdə vətəndaşların maarifləndirilməsi işini davam etdirir

    14 Dekabr 2025 11:19

    Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək

    14 Dekabr 2025 11:12

    Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

    13 Dekabr 2025 17:50
    Demo
    XƏBƏR LENTİ

    Bu gün ABŞ İraqdakı müharibənin başa çatdığını elan etdi

    Tarixdə bu gün – 15 Dekabr

    Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

    Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

    Azərbaycanın daha 2 boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    "Kəpəz" "Qəbələ"yə, "Qarabağ" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa

    Ançelotti Braziliya millisində qalmağı planlaşdırır

    Azərbaycan–Özbəkistan münasibətləri bütün sahələrdə dinamik inkişaf edir – Fərid Cəfərov

    Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.