BAKI, AzerVoice, Nailə Babazadə
Suriya ordusu ilə PKK/YPG qüvvələri arasında Rakka vilayətinin Madaan bölgəsində şiddətli toqquşmalar yaşanıb.
AzerVoice xəbər verir ki, məlumata görə, PKK/YPG-nin işğal etdiyi ərazilərdən Suriya ordusu mövqelərinə hücum edilib. Suriya ordusu isə qarşılıq olaraq top atışları ilə cavab verib.
Yerli mənbələrdən alınan məlumatlara görə, hücum nəticəsində Suriya ordusuna aid bir neçə hərbçi həlak olub.