Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail Trampın planının birinci mərhələsini sürətlə icra etməyə hazırlaşır - Saar

    5 Oktyabr 2025 19:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrail ABŞ prezidenti Donald Trampın planının birinci mərhələsini qısa müddətdə həyata keçirməyə hazırlaşır. Bu mərhələ əsirlərin azad olunmasını nəzərdə tutur. Bunu İsrailin xarici işlər naziri Gidon Saar bazar günü Haaretz qəzetinə açıqlamasında bildirib.

    “Əsir və girovlarımızı geri qaytarmaq üçün əlimizdən gələni edirik. Onları tezliklə evlərinə qayıdanda görməyi səbirsizliklə gözləyirik. İsrail Trampın planının birinci mərhələsinin sürətli icrasına çalışır və bu mərhələnin mahiyyəti vətəndaşlarımızın azad edilməsidir”, - deyə Saar vurğulayıb.

    Nazir həmçinin bu istiqamətdə göstərdiyi səylərə görə prezident Trampa təşəkkür edib.

    Eyni zamanda, ABŞ prezidenti Donald Tramp bazar günü HƏMAS hərəkatını “tam məhv edilmə” ilə hədələyib. O, CNN telekanalına müsahibəsində HƏMAS-ın hakimiyyətdən və Qəzza üzərindəki nəzarətdən imtina etmədiyi təqdirdə “tam məhvlə üzləşəcəyini” bəyan edib.

    Trampdan respublikaçı senator Lindsi Qrehemin onun 20 maddəlik atəşkəs planına HƏMAS-ın cavabını “faktiki rədd cavabı” kimi dəyərləndirməsinə münasibəti soruşulanda, o, belə cavab verib:“Görəcəyik. Zaman göstərəcək.”

    ABŞ prezidenti əlavə edib ki, HƏMAS-ın sülhə nail olmaqda ciddi olub-olmadığı “yaxın vaxtlarda bəlli olacaq”. O, planının reallığa çevriləcəyinə ümid etdiyini vurğulayaraq, “bunun üçün qətiyyətlə çalışdığını” bildirib.

    #Qəzza #İsrail #Qəzza zolağı #Donald Tramp #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #HƏMAS və Hizbullah əlaqələri #Qideon Saar #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #İsrail cinayətləri #Gideon Saar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23
    XƏBƏR LENTİ

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.