Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Hizbullah silahları yerə qoyarsa Livandan çəkiləciyik - Netanyahu

    25 Avqust 2025 14:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    İsrailin Baş naziri Benyamin Netanyahu Livan hökumətinin bu ayın əvvəlində 2025-ci ilin sonuna qədər Hizbullahı silahsızlaşdırmaq barədə qəbul etdiyi qərarı “tarixi addım” kimi dəyərləndirib.

    AzerVoice xəbər verir ki, Netanyahu bildirib ki, əgər Livan bu istiqamətdə konkret addımlar atarsa, İsrail də qarşılıqlı tədbirlər görərək Cənubi Livandakı hərbi varlığını mərhələli şəkildə azalda bilər.

    “Hizbullah silahları yerə qoyarsa, İsrail də üzərinə düşən öhdəlikləri yerinə yetirəcək”- deyə Netanyahu vurğulayıb.

    Xatırladaq ki, ötən ilin noyabrında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəslə başa çatan İsrail–Hizbullah müharibəsindən sonra Beyrut ABŞ-ın təzyiqi altında qalıb.

    Hizbullah rəhbərliyi isə silahsızlaşdırma məsələsini yalnız İsrailin Livanın daxilində nəzarətdə saxladığı beş təpədən çəkilməsindən və gündəlik hava hücumlarını dayandırmasından sonra müzakirə edəcəklərini açıqlayıb.

    ABŞ-ın təzyiqi ilə Livan hökuməti silahsızlaşdırma planı üzərində işləsə də, Hizbullah 14 ay davam edən müharibədə ağır itkilərə məruz qalıb və həm siyasi, həm də hərbi rəhbərliyinin bir çox üzvünü itirib.

    #İsrail #Benyamin Netanyahu #Tel-Əviv #Livan #Beyrut #Hizbullah #Yaxın Şərq #Livan-İsrail gərginliyi #Hizbullahın silahsızlaşdırılması #Livanda Hizbullahın silahsızlaşdırılması #Livan silahsızlaşdırma
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Küveyt Livanın səkkiz xəstəxanasını terror siyahısına salıb

    9 Fevral 2026 10:14

    Azərbaycan və Türkiyə ikitərəfli müttəfiqlik münasibətlərini müzakirə ediblər

    8 Fevral 2026 16:40

    Məhəmməd Heydər Zammarın ölümü ilə "Əl-Qaidə" və "İŞİD"in qanlı tarixinə şahidlik etmiş ən önəmli fiqurlardan birinin dosyesi bağlandı

    8 Fevral 2026 02:00

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Livanın baş naziri ölkəsinin yeni bir müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib

    3 Fevral 2026 16:27

    Paris Livan ordusuna dəstək üçün genişmiqyaslı konfransa hazırlaşır

    3 Fevral 2026 11:20

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49
    XƏBƏR LENTİ

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.