Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qəzzanın işğalı humanitar fəlakəti dərinləşdirəcək - Fələstin

    25 Avqust 2025 09:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrailin Qəzzanı işğal etməsi 2 milyondan çox dinc sakini fəlakətə sürükləyəcək.

    AzerVoice xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya planlaşdırdığı işğalın bölgədə yaşayan milyonlarla insanı həyati təhlükə ilə üz-üzə qoyacağı barədə xəbərdarlıq edib. Nazirliyin açıqlamasında qeyd olunub ki, Qəzzanın işğalı soyqırımı və aclığı daha da dərinləşdirəcək, şəhərin infrastrukturu tamamilə dağıdılaraq 2 milyondan çox dinc sakini fəlakətə sürükləyəcək.

    Açıqlamada vurğulanıb ki, Qəzzada yaşanan aclıq təbii səbəblərdən deyil, İsrailin yardımı “müharibə silahı” kimi əngəlləmək məqsədli siyasətindən qaynaqlanır.
    “Beynəlxalq ictimaiyyətin bu aclığı dayandıra bilməməsi ölkələrin və qurumların mənəvi dəyərlərinə ciddi zərbə vurur”, – deyə bəyanatda bildirilib. Nazirlik həmçinin beynəlxalq qurumları, xüsusilə BMT-ni minlərlə insanın həyatını xilas etmək üçün məcburi addımlar atmağa çağırıb.

    Qeyd edək ki, avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti Qəzzanın şimalında yerləşən şəhərin işğalı planını təsdiqləyib. Baş nazir Benyamin Netanyahu bütün Qəzza zolağının işğalını hədəflədiklərini bəyan edib. Plana görə, birinci mərhələdə təxminən bir milyon fələstinlinin cənuba köçürülməsi, şəhərin mühasirəyə alınması və intensiv hücumların ardından işğalı nəzərdə tutulur. İkinci mərhələdə isə Qəzzanın mərkəzində yerləşən qaçqın düşərgələrinin nəzarətə götürülməsi planlaşdırılır.

    İsrail 1967-ci ildən 2005-ci ilə qədər 38 il ərzində Qəzza zolağını işğalda saxlayıb. Hazırda 2,3 milyon insanın yaşadığı ərazi 18 ildir ki, ağır blokada altındadır.

    #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #BMT #Qəzza hücumu #Qəzza müharibəsi #Qəzzada müharibədən sonrakı vəziyyət #Qəzza və Fələstin mövqeyi #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.