Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ordusu Qəzzanı mühasirəyə alıb

    21 Avqust 2025 10:41
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrail ordusu Qəzzanı üç briqada ilə mühasirəyə alıb, bölgədə humanitar böhran dərinləşir.

    AzerVoice xəbər verir ki, Qəzza rəsmiləri İsrailin quru əməliyyatlarının ilk mərhələsinə başladığını açıqlayıb. Ordunun Zeytun və Cəbəliyyə məhəllələrinə hücum etdiyi, Qəzza şəhərini isə üç hərbi briqada ilə mühasirəyə aldığı bildirilib. Hava və artilleriya zərbələri ilə müşayiət olunan əməliyyatlar nəticəsində fələstinlilər bölgəni tərk etməyə çalışır.

    BMT və beynəlxalq təşkilatlar xəbərdarlıq edərək, əməliyyatların fəlakətli nəticələrə gətirib çıxaracağını vurğulayıb. Baş katib Antonio Quterreş dərhal atəşkəs çağırışı edib. Bununla yanaşı, İsrail Müdafiə Nazirliyinin təsdiqlədiyi plana əsasən, yaxın günlərdə əməliyyatların genişləndirilməsi nəzərdə tutulur.

    HƏMAS da İsraili dinc əhaliyə qarşı amansız hücumlarda ittiham edib. Qəzzadakı Mülki Müdafiə Agentliyi isə Zeytun və Sabra bölgələrində vəziyyətin xüsusilə ağır olduğunu, son hücumlarda azı 25 nəfərin, o cümlədən Şati qaçqın düşərgəsindəki bir ailənin üzvlərinin öldüyünü açıqlayıb.

    Qeyd edək ki, İsrail hökuməti sentyabrın əvvəlində əlavə 60 min ehtiyat hərbçini səfərbər etməyi planlaşdırır. Baş nazir Benyamin Netanyahu isə Qəzzada HƏMAS-ın “son qalalarının” ələ keçirilməsi üçün əməliyyatların davam etdiriləcəyini bəyan edib.

    #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #BMT #Antonio Quterreş #HƏMAS #humanitar böhran #İsrail ordusu #İsrail və Qəzza münaqişəsi #Qəzza zolağı əməliyyatları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Elm bərabərliklə güclənir, qızların elmdə yolu açılmalıdır - Mətanət Ağamirli

    11 Fevral 2026 17:21

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31
    XƏBƏR LENTİ

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.