Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrailin Qəzza planı iflasa uğrayacaq - HƏMAS

    21 Avqust 2025 09:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    İsrailin Qəzzanı işğal planı uğursuz olacaq.

    AzerVoice xəbər verir ki, HƏMAS İsrailin Qəzzanı işğal etmək üçün başlatdığı və “Gideonun arabaları 2” adlandırılan planın əvvəlkilər kimi iflasa uğrayacağını bəyan edib.

    Təşkilatın açıqlamasında bildirilib ki, İsrailin müdafiə naziri Yisrael Katz tərəfindən təsdiqlənən plan 22 aydan çoxdur davam edən hərbi əməliyyatları dərinləşdirəcək və vasitəçilərin atəşkəs və əsir mübadiləsinə dair təşəbbüslərinə əhəmiyyət verilməyəcək. HƏMAS həmçinin İsrail hökumətini günahsız mülki şəxslərə qarşı amansız müharibəni davam etdirməkdə ittiham edib.

    Açıqlamada Baş nazir Benyamin Netanyahunun vasitəçilərin atəşkəs təklifinə cavab verməməsi də tənqid olunub. HƏMAS bunun İsrailin əsirlərin qaytarılması məsələsində ciddi olmadığını göstərdiyini bildirib.

    Xatırladaq ki, İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza şəhərinin işğalı planını təsdiqləyib. Müdafiə naziri Yisrael Katz və Baş nazir Netanyahu plana əsasən əvvəlcə bir milyonadək fələstinlinin cənuba köçürüləcəyini, şəhərin mühasirəyə alınacağını və daha sonra intensiv hücumlarla işğal ediləcəyini açıqlayıblar.

    Qeyd edək ki, HƏMAS avqustun 18-də Misir və Qətərin atəşkəs və əsir mübadiləsinə dair təklifini qəbul etdiyini açıqlayıb. Lakin İsrail tərəfi bu təklifə hələ cavab verməyib.

    #İsrail #Benyamin Netanyahu #Misir #Qətər #HƏMAS #Yisrail Katz #atəşkəs razılaşması #Qəzza münaqişəsi #İsrail və Qəzza münaqişəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    Türkiyənin Misir bazarına mebel satışı azalıb (ÖZƏL)

    11 Fevral 2026 09:00

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    10 Fevral 2026 16:57

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11
    XƏBƏR LENTİ

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.