Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib

    17 Avqust 2025 10:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.

    Mənbələrin açıqlamasına görə, Xəlil əl-Həyyə başçılıq etdiyi HƏMAS nümayəndə heyəti Misir və Qətər vasitəçilərinə 60 günlük atəşkəs təklifinin son versiyasını qəbul etməyə hazır olduğunu çatdırıb. Bu plana əsasən, İsrail qüvvələrinin müəyyən mövqelərə çəkilməsi, 10 israilli əsirin azad edilməsi və bundan sonra yekun mərhələyə dair danışıqların başlaması nəzərdə tutulur.

    Mənbələr bildirir ki, HƏMAS bu qərarla İsrail qarşısında topu buraxıb: hərəkat əvvəllər etdiyi dəyişikliklərdən – qoşunların çıxarılması və bəzi fələstinli məhbusların azadlığına dair əlavə tələblərdən imtina etdiyini vasitəçilərə rəsmən açıqlayıb.

    Bu mövqenin, digər fələstinli fraksiyaların təzyiqi ilə deyil, İsrailin Qəzzanı işğal planını dayandırmaq zərurəti ilə bağlı qəbul edildiyi bildirilir. Əks halda, şəhər və şimal tam boşaldıla, hətta burada yeni israilli yaşayış məntəqələri salına bilər.

    Mənbələrin sözlərinə görə, Türkiyə, Qətər və Misir ABŞ-a HƏMAS-ın yeni mövqeyi barədə məlumat verib. Hazırda ikinci mərhələyə – müharibəni tam dayandıracaq daha geniş razılaşmaya aparacaq yeni diplomatik təzyiqlər müzakirə olunur.

    İsrailin reaksiyası isə bəlli deyil. ABŞ-la birlikdə yeni plan üzərində işləyən Təl-Əviv, əslində, bütün girovların azadlığı, HƏMAS və digər qrupların silahsızlaşdırılması və təşkilatın siyasi səhnədən kənarlaşdırılmasına yönəlmiş yekun saziş istəyir.

    İsrail mediasının məlumatına görə, Baş nazir Benyamin Netanyahunun qarşısına HƏMAS-ın “qismən razılaşmaya hazır olduğu”na dair rəsmi sənəd qoyulub. Təhlükəsizlik qurumlarının rəhbərləri bu fürsətdən istifadə etməyin vacibliyini vurğulayır. Amma strateji işlər naziri və əsas danışıqlar nümayəndəsi Ron Dermer bu plana qarşı çıxır və hətta istefa verə biləcəyi deyilir.

    İsraildə yekun qərarı “təhlükəsizlik kabineti”nin (kabinət) verəcəyi gözlənilir.

    Döyüş meydanındakı vəziyyət

    İsrail ordusu həm quru, həm hava əməliyyatlarını davam etdirir. Quru qoşunları Qəzzanın cənubunda yerləşən əz-Zeytun və əs-Sabra məhəllələrində irəliləyib, burada evlər və binalar dağıdılıb. Eyni zamanda, Xan Yunusun müxtəlif hissələrində də bombardmanlar davam edir.

    Şənbə səhərindən günortaya qədər həyata keçirilən hücumlarda azı 20 fələstinli öldürülüb. Onlardan bəziləri köçkünlərin yerləşdiyi çadırlarda, bəziləri isə yardım gözləyən qruplar arasında hədəfə alınıb.

    Humanitar vəziyyət isə getdikcə pisləşir. Yardımların qarət olunması və təhlükəsiz şəkildə ehtiyacı olanlara çatdırılmaması böhranı daha da dərinləşdirib. Qəzza Səhiyyə Nazirliyi son 24 saatda aclıq və qida çatışmazlığı səbəbindən 11 nəfərin, o cümlədən bir uşağın öldüyünü açıqlayıb. Ümumilikdə indiyədək aclıqdan ölənlərin sayı 251 nəfərə çatıb ki, onların 108-i uşaqlardır.

    HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib
    HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib
    HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib
    HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib
    HƏMAS vasitəçilərə son atəşkəs təklifini dəyişikliksiz qəbul etməyə hazır olduğunu bildirib
    #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Misir #Qətər #HƏMAS #Təl-Əviv #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #HƏMAS-ın mövqeyi #HƏMAS və Qərb Sahilində təsir #HƏMAS və Qəzzanın gələcəyi #HƏMAS-ın bəyanatı #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrail münaqişəsi #HƏMAS və İsrail müharibəsi #HƏMAS-ın hərbi strategiyası #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Xan Yunis #İsrailin HƏMAS-a qarşı şərtləri #İsrailin HƏMAS-a təzyiqi #İsrailin HƏMAS-ı zəiflətmə strategiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədən Qətərə kimyəvi maddə ixracı 49 milyon dolları keçib (ÖZƏL)

    21 Dekabr 2025 14:00

    ABŞ, Qətər, Misir və Türkiyə Qəzzada təmkinli olmağa çağırır

    21 Dekabr 2025 13:12

    Türkiyə, ABŞ, Qətər və Misir Miami-də Qəzza üzrə görüş keçirib

    20 Dekabr 2025 16:16

    Mədəniyyət naziri Adil Kərimli Qətər Dövlətinin Milli Günü ilə bağlı tədbirlərdə iştirak edib

    20 Dekabr 2025 15:37

    Kral Salman Qətərin FIFA Ərəb Kuboku 2025-dəki uğurunu təbrik edib

    20 Dekabr 2025 14:09

    Türkiyədən Misirə avtomobil ixracı artıb (ÖZƏL)

    20 Dekabr 2025 13:46

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08

    İran vətəndaşı MOSSAD ilə əlaqələrinə görə edam edildi

    20 Dekabr 2025 12:02

    ÜST Qəzzada tibbi təxliyə gözləyən mindən çox xəstənin həyatını itirdiyini açıqlayıb

    19 Dekabr 2025 16:01

    İsrail ordusu Qəzza Zolağını hava hücumları təşkil edib

    19 Dekabr 2025 12:40

    İsrail və Misir arasında 35 milyard dollarlıq təbii qaz ixracı sazişi imzalanıb

    19 Dekabr 2025 11:35

    Türkiyədən Misirə xalça ixracı artıb (ÖZƏL)

    19 Dekabr 2025 11:17
    Demo
    XƏBƏR LENTİ

    "Mançester Yunayted" "Aston Villa"ya uduzub - İngiltərə Premyer Liqası

    Pakistan ordusunun baş komandanına “Qəzza qüvvəsi” ilə bağlı təzyiqlər

    Amerikalı bloqer Ceyk Pol çənə əməliyyatı keçirib

    ABŞ Venesuela sahillərində daha bir tankeri saxlayıb

    Ermənistan Baş naziri Paşinyan Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

    Misli Premyer Liqasında XVI tur davam edir

    Osmanlıda qeyri müsəlmanlara kölə saxlamaq niyə qadağan edilmişdi?

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb

    Asiya Futbol Konfederasiyası Millətlər Liqası turnirinin yaradılacağını elan edib

    Azərbaycana qış fəsli daxil olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.