Əsas səhifə » İran bütün uçuşlara qoyulan qadağanı uzadır

İran bütün uçuşlara qoyulan qadağanı uzadır

BAKI, AzerVoice

İran rəsmiləri, ölkənin şimal, qərb və cənub bölgələrində daxili və beynəlxalq uçuşlara tətbiq edilən qadağanı 30 iyun tarixinə qədər uzadıb.

AzerVoice xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma naziri Məcid Əxvan məlumat verib.

"Ölkənin şimal, cənub və qərb bölgələrində daxili və beynəlxalq reyslərin ləğvi sabah saat 14:00-a (Bakı vaxtı ilə 14:30) qədər uzadılıb" - deə, məlumatda bildirilib.

Bundan əvvəl, İranın Mərkəzi və Qərb bölgələri üzərindəki hava məkanını beynəlxalq aviareyslər üçün qismən açdığı bildirilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice