Əsas səhifə » Təbrizdə neft emalı zavodunda partlayış olub

Təbrizdə neft emalı zavodunda partlayış olub

BAKI, AzerVoice

İranın şimal-qərbində yerləşən Təbriz neft emalı zavodunun inşa edilməkdə olan bölmələrindən birində azot çəni partlayıb.

AzerVoice xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ətraf əraziləri sıx tüstü bürüyüb. Hadisənin səbəbləri və mümkün insan tələfatı barədə hələlik ətraflı məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice