Əsas səhifə » İsrail İran SEPAH-ına məxsus obyekti vurub

İsrail İran SEPAH-ına məxsus obyekti vurub

BAKI, AzerVoice

İsrail Hərbi Hava Qüvvələri, İranın paytaxtı Tehranda yerləşən İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus bir obyektə zərbə endirib.

AzerVoice xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Məlumata əsasən, hava hücumu nəticəsində iki İran hərbçisi həlak olub, səkkiz nəfər isə yaralanıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Həqiqi vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice