Əsas səhifə » İran ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirə bilər - ABŞ kəşfiyyatından xəbərdarlıq

İran ABŞ-ın Qətərdəki hərbi bazasına zərbə endirə bilər - ABŞ kəşfiyyatından xəbərdarlıq

BAKI, AzerVoice

ABŞ kəşfiyyatı İranın Qətərdə yerləşən Əl-Üdeyd hərbi bazasına mümkün hücumu barədə xəbərdarlıq edib.

AzerVoice xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Reportajda bildirilib ki, kəşfiyyat orqanlarından daxil olan ciddi xəbərdarlıqlar hazırda əsasən Qətərə yönəlib, çünki bu ölkədə ABŞ-ın Yaxın Şərqdəki ən böyük hava bazası yerləşir. Telekanalın məlumatına görə, İranın bu bazaya qarşı orta və yaxın mənzilli qanadlı və ballistik raketlərdən, eləcə də dronlardan istifadə edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice