Əsas səhifə » İsrail MN Qəzzanın cənubuna konvoyların girməməsi üçün orduya göstəriş verib

İsrail MN Qəzzanın cənubuna konvoyların girməməsi üçün orduya göstəriş verib

BAKI, AzerVoice

İsrail müdafiə naziri İsrael Katz, Rəfah sərhəd qapısına gedən konvoyların dayandırılması üçün orduya göstəriş verib.

AzerVoice-un məlumatına görə, Nazir təxminən 1500 nəfərlik konvoyun ölkəyə buraxılmaması üçün Misir Prezidenti Əbdulfəttah Əs-Sisiyə də müraciət edib.

“Misir hakimiyyətindən gözləyirik ki, bu cihadçı etirazçıların Misir-İsrail sərhədinə çatmasının qarşısını alsın və onların provokasiya törədərək Qəzzaya girməsinə icazə verməsin. Bu, İsrail əsgərlərinin təhlükəsizliyini riskə atacaq bir məsələdir və biz buna icazə verməyəcəyik.

Bu cihadçı etirazçılar eyni zamanda Misir və bölgədəki bütün ərəb dövlətləri üçün də təhlükə yaradır. Onların güclərini birləşdirmə və HƏMAS-a yardım etmək istəyi, yəhudi düşməni terror təşkilatı ilə eyni baxışları bölüşmələrindən və İranın şər oxunun dəstəyi ilə bölgədə radikal islam fikirlərini yaymaq arzularından qaynaqlanır” - derə, Katz müraciətində bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice