Bakı, AzerVoice
Qəzza zolağının müxtəlif bölgələri İsrail ordusu tərəfindən gecə boyu bombalanıb.
AzerVoice xəbər verir ki, İsrail Qəzza zolağına hücumlarını 330 gündür davam etdirir.
İsrail ordusunun Qəzza şəhərinin cənubundakı Sabra məhəlləsində bir evi bombalaması nəticəsində üç nəfər həyatını itirib.
Həmçinin şəhərin cənub-şərqindəki Zeytun məhəlləsində yerləşən Haccac ailəsinə məxsus olan bir ev də hədəf alılınıb. Hücum nəticəsində üç fələstinli öldürülüb.
İsrail ordusu tərəfindən Zeytun rayonunda yerləşən onlarla yaşayış binası da partlayıcılarla havaya uçurulub.
Qeyd edək ki, İsrailin yeddi oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda 16 min 589-u uşaq, 10 min 980-i qadın olmaqla 40 min 602 fələstinli həyatını itirib, 93 min 855 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Hücumlar zamanı insanların sığındığı xəstəxana və təhsil müəssisələri də hədəf alınıb.