Bakı, AzerVoice
2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda Birləşmiş Millətlər Təşkilatının (BMT) 212 əməkdaşı həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) açıqlama verib.
Hücumlar zamanı 563-dən çox fələstinlinin öldürüldüyü, təxminən 1790 fələstinlinin isə yaralandığı bildirilib.
Həmçinin, İsrailin hücumları səbəbiylə 600 min uşağın da məktəbə gedə bilmədiyi vurğulanıb.
Bəyanatda, məcburi köçkünlər arasında yoluxucu və epidemik xəstəliklərin yayılması səbəbindən Qəzza zolağında humanitar vəziyyətin fəlakətli halda olduğuna diqqət çəkilib.
Qeyd edək ki, İsrailin keçən ilin oktyabrından bəri davam edən hücumları nəticəsində 40 mindən çox insan həyatını itirib.