Bakı, AzerVoice:
Qəzzada həddindən artıq sıxlıq yoluxucu xəstəliklərin daha sürətlə yayılmasına səbəb olur.
AzerVoice xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) xəbərdarlıq edib.
"İnsanların müalicəsi üçün kifayət qədər peyvənd və dərman yoxdur. Qəzzaya təhlükəsiz və məhdudiyyətsiz girişin təmin edilməsi vacibdir", - deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 36 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.