Bakı. AzerVoice:
İsrail Rəfah və Kərəm Əbu Səlim sərhəd qapılarını 13 gün müddətinə bağlayıb .
AzerVoice xəbər verir ki, bu barədə Qəzzada hökumətə bağlı Media Ofisi açıqlayıb.
Məlumata əsasən, 3 min yardım maşınının Qəzzaya girişinə və 690 xəstə və yaralının ölkədən çıxarılmasına icazə verilmir.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.