Bakı. AzerVoice:
İsrail Rəfah şəhərinə əlavə qüvvələr göndərəcək.
AzerVoice xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Gallant bildirib.
"Ərazidə bir neçə tunel qoşunlarımız tərəfindən dağıdılıb və əlavə tunellər də tezliklə məhv ediləcək. HƏMAS yenidən qurula biləcək bir təşkilat deyil, onun ehtiyat qoşunları və tədarük ehtiyatı yoxdur. Nəticə odur ki, biz HƏMAS-ı məhv edirik”, - deyə Gallant açıqlamasında vurğulayıb.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.