Bakı. AzerVoice:
ABŞ dövlət katibi Entoni Blinken gələn həftə İsrail ordusunun Rəfaha mümkün quru hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi razılaşmasını müzakirə etmək üçün İsrailə səfər edəcək.
AzerVoice xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilib ki, səfər zamanı Blinken İsrail rəsmiləri ilə İsrailin Rəfaha qurudan mümkün hücumu və HƏMAS ilə Təl-Əviv arasında əsir mübadiləsi kimi məsələləri müzakirə edəcək.
Qeyd olunub ki, bu, ABŞ dövlət katibi Blinkenin 2023-cü il oktyabrın 7-dən regiona yeddinci səfəri olacaq.
Xatırladaq ki, İsrailin dövlət televiziyası KAN İsrail ordusunun tezliklə Rəfaha qurudan hücum edəcəyini bildirib.