Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ Belçikanın artan dron təhdidinə qarşı dəstək təklif edib

    14 Noyabr 2025 15:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ, Belçikada son vaxtlar artan dron fəaliyyətinə qarşı mübarizə aparmaq üçün dəstək təklifi edib.

    AzerVoice xəbər verir ki, Belçikanın yüksək tirajlı qəzeti Le Soirın məlumatına görə, Almaniya, Fransa və İngiltərədən sonra ABŞ da Belçikaya yardım təklifi irəli sürüb.

    Müdafiə naziri Teo Franken Nümayəndələr Palatasında çıxışı zamanı ölkənin kritik bölgələrində müşahidə olunan icazəsiz dron uçuşlarına qarşı “müttəfiq ölkələrlə koordinasiyalı təhlükəsizlik addımı” həyata keçirildiyini bildirib.

    Franken, Belçikanın qonşu ölkələrdən xüsusi anti-dron qrupları tələb etdiyini vurğulayaraq, “Almaniya, İngiltərə və Fransa müsbət cavab verdi və xüsusi avadanlıqları ilə hazırda Belçika ərazisində yerləşdirilib,” deyib.

    Müdafiə naziri bu birliklərin texniki avadanlıq, aşkarlama sistemləri və hava məkanı təhlükəsizliyi sahəsində fəal dəstək göstərdiyini qeyd edib.

    “Hazırda amerikalı rəsmilərlə yardımın necə, harada və hansı həcmlə ən effektiv şəkildə yerləşdirilə biləcəyini qiymətləndiririk.” - deyə Franken əlavə edib.

    Polşa, Rumıniya, Estoniya və Danimarkadan sonra, AB qurumlarına və NATO-ya ev sahibliyi edən Belçikanın gündəmində də dronlar mühüm yer tutur.

    3 oktyabrda Belçikadakı Elsenborn Hərbi Təlim Düşərgəsi üzərində dron fəaliyyəti aşkar edilmiş, Müdafiə Nazirliyi hadisəni araşdırmağa başlamışdı.

    25 oktyabrda isə Valon bölgəsindəki Marche-en-Famenne şəhərində yerləşən Kral Albert Hərbi Bazası üzərində ən azı 4 dronun müşahidə edildiyi bildirilmişdi.

    1 noyabr gecəsi həm milli, həm də NATO əməliyyatlarında istifadə edilən Kleine Brogel Hərbi Hava Bazasında 3 dronun fəaliyyəti qeydə alınmış, 2 noyabr axşamı isə eyni bazada 4 dron görünmüşdü. Bu həftə ərzində Liege Hava Limanında iki dəfə dron aşkarlanmış və təhlükəsizlik səbəbilə uçuşlar dayandırılmışdı.

    4 və 6 noyabrda Brüssel Hava Limanında gecə saatlarında dronlar görülmüş, hava hərəkətində gecikmələr yaşanmışdı.Belçikada dron təhlükəsi

    10 noyabrda isə Doel Atom Elektrik Stansiyası və Liege Hava Limanı üzərində dron fəaliyyətinin qeydə alındığı bildirilib.

    6 noyabrda toplanan Belçika Milli Təhlükəsizlik Şurası isə şübhəli dronların lazım gəldikdə polis və ya ordu müdaxiləsi ilə zərərsizləşdirilə biləcəyinə dair qərar qəbul etmişdi. Şura həmçinin bu təhdidlə mübarizə üçün Milli Hava Məkanı Təhlükəsizlik Mərkəzinin (NASC) 1 yanvar 2026-cı ilədək tam fəaliyyətə başlayacağını elan etmişdi.

    #ABŞ #Belçika #dron #dron dəstəyi #Dronların aşkarlanması #Kiçik ölçülü dronlar #hərbi dron istehsalı #dron texnologiyası #ABŞ-ın Belçikaya dəstəyi #Belçikada dron təhlükəsi #NATO və AB təhlükəsizliyi #Milli Hava Məkanı Təhlükəsizlik Mərkəzi (NASC) #dronla bağlı təhlükəsizlik insidentləri #NATO-nun hava məkanı nəzarəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb

    12 Dekabr 2025 10:00

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    Cənubi Avstraliyada nüvə sualtı gəmilərin tikintisi başlayır

    11 Dekabr 2025 12:47

    Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur

    11 Dekabr 2025 10:15

    ABŞ Venesuela sahillərində neft tankerini ələ keçirdi

    11 Dekabr 2025 10:01

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39

    ABŞ Ukraynaya maliyyə yardımını azaltmaq niyyətindədir – KİV

    9 Dekabr 2025 11:34

    Ukrayna ABŞ-a yeni sülh planı təqdim edir - Zelenski ərazi güzəştlərini rədd etdi

    9 Dekabr 2025 11:09

    Tramp Meksikanı əlavə rüsumlar tətbiq etməklə hədələyib

    9 Dekabr 2025 09:21

    "Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti" mövzusunda növbəti panel keçirilib

    9 Dekabr 2025 09:05

    Avropa ölkəsi Çinə ultimatum verib

    8 Dekabr 2025 17:46
    Demo
    XƏBƏR LENTİ

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.