Bakı. AzerVoice:
İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Qvir və Məskunlaşma və Milli Baxış Naziri Orit Strok, işğal altındakı Şərqi Qüdsdə "fələstinlilərə hərəkət məhdudiyyətlərinin qoyulmasını" tələb edib.
AzerVoice xəbər verir ki, Ben-Qvir İsraildə daha çox silah payladıqlarını bildirib.
O, həmçinin, işğal edilmiş İordan çayının qərb sahilində yəhudilərin (qeyri-qanuni yaşayış məntəqələrində yaşayan) yaşamaq hüququnun Fələstin Muxtariyyəti sakinlərinin hərəkət azadlığından daha vacib olduğunu iddia edib.
Fələstinlilər üçün daha çox nəzarət məntəqələri və məhdudiyyətlər olmasını gözlədiyini ifadə edən Ben-Gvir, Fələstin xalqı deyə bir şey olmadığını iddia edib.
Qeyd edək ki, 2023-cü il noyabrın 24-dən dekabrın 1-dək HƏMAS və İsrail arasında bir həftə ərzində atəşkəs əldə edilmiş, əsir mübadiləsi aparılıb və Qətər-Misir-Amerika vasitəçiliyi ilə çox məhdud humanitar yardım Qəzzaya gətirilib. .
Təl-Əviv Qəzzada təxminən 134 israilli məhbus olduğunu təxmin edir, hər iki tərəfin rəsmi mənbələrinə görə, həbsxanalarında ən azı 8800 fələstinli saxlanılır.
2023-cü il oktyabrın 7- dən etibarən İsrail Qəzza zolağında dağıdıcı müharibə aparır ki, bu da çoxu uşaq və qadınlardan ibarət on minlərlə dinc sakinin həlak olması ilə yanaşı, misli görünməmiş humanitar fəlakətə səbə olub. Buna cavab olaraq, Tel Aviv soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsinə çıxarılıb.