Bakı. AzerPress:
Ankara Qərbin sanksiyalarına baxmayaraq Rusiya ilə energetika sahəsində əməkdaşlığı artırmağı hədəfləyir.
AzerPress xəbər verir ki, Türkiyə və türk şirkətləri 2023-cü ildə güzəştli Rusiya nefti və emal məhsullarının idxalını artırmaqla enerji xərclərinə təxminən 2 milyard dollar qənaət edib.
Məlumata əsasən, Rusiyanın "Urals" neftinin Türkiyəyə ixracı 2023-cü ilin noyabr ayında gündəlik 400 min barel ilə rekord səviyyəyə çataraq, Rusiyanın keçən ay ümumi neft ixracının təxminən 14%-ni təşkil edib.
Qeyd edək ki, artan xam neft tədarükləri ilə yanaşı, Türkiyənin Rusiya dizel yanacağı, soba mazutu, təyyarə və dəniz yanacağının idxalı 2023-cü ilin yanvar-noyabr aylarında 200% artaraq gündə təxminən 0,29 milyon barrelə çatıb. Rusiya 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyəyə 13 milyon ton distillə, o cümlədən 8,6 milyon ton ultra aşağı kükürdlü dizel (ULSD 10 ppm) ixrac edib.
Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun