Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Livan və Cənubi Kipr arasında dəniz əməkdaşlığı razılığı əldə edilib

    27 Noyabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Orxan Qədirzadə

    Livan və Cənubi Kipr Rum İdarəsi (GKRY) arasında dəniz səlahiyyət zonalarının müəyyənləşdirilməsinə dair yeni saziş imzalanıb. AzerVoice xəbər verir ki, sənəd iki ölkənin Şərqi Aralıq dənizində birgə qaz axtarışı və enerji əməkdaşlığını nəzərdə tutur.

    Razılaşma Beyrutdakı Baabda Sarayında Livanın Prezidenti Cozef Aun, GKRY lideri Nikos Xristodulidis və Livanın Nəqliyyat və İctimai İşlər naziri Fəyiz Rasaminin iştirakı ilə imzalanıb.

    Sazişin, Türkiyə və Şimali Kipr Türk Respublikasının (ŞKTR) bölgədəki suveren hüquqlarını pozduğu bildirilir. Ankara rəsmiləri məsələ ilə bağlı hələlik şərh verməsələr də, saziş Şərqi Aralıq dənizində mövcud siyasi balansı yenidən gündəmə gətirib.

    Yunan mətbuatı anlaşmanı “Ankara üçün strateji itki” kimi təqdim edib. Nəşrlərdə qeyd olunub ki, Türkiyənin 2007-ci ildən bəri Livan parlamenti vasitəsilə MEB (Xüsusi İqtisadi Zona) razılaşmasını əngəlləməsi nəticəsində proses gecikmişdi:

    “Cənubi Kipr–Livan anlaşması ilə Türkiyənin Şərqi Aralıq dənizindəki genişlənmə siyasəti xüsusi zərbə alır”, – deyə yunan analitikləri yazıb.

    Livan Prezidenti Cozef Aun bildirib ki, sənəd hər iki ölkəyə dəniz resurslarının araşdırılması və bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.

    “Dəniz sərhədlərinin müəyyən olunması şirkətlərin kəşfiyyat fəaliyyətini asanlaşdıracaq. Enerji, rabitə, turizm və müdafiə sahələrində də ikitərəfli layihələri genişləndirə bilərik.”- Aun deyib.

    GKRY lideri Xristodulidis anlaşmanın Şərqi Aralıq dənizini Avropa üçün alternativ enerji koridoruna çevirdiyini bildirib. O qeyd edib ki, Dünya Bankına Livan–Kipr elektrik əlaqəsinin sənədləri üçün yaxın vaxtlarda müraciət ediləcək.

    Xristodulidis bir müddət əvvəl açıqlamışdı ki, Kipr sahillərində tapılan təxminən 20 trilyon m³ qazın bir hissəsi 2027-ci ildən etibarən Avropa bazarlarına çatdırıla bilər.

    Livan hökuməti 23 oktyabr tarixli iclasında GKRY ilə dəniz səlahiyyət zonalarının delimitasiyası anlaşmasını təsdiqləmişdi.

    Yeni razılaşmadan sonra Livanın dəniz sərhədləri müəyyən edilməyən yeganə ölkə Suriya olaraq qalır. Prosesin illərlə gecikməsi Kiprin Livan sularına bitişik bloklarda kəşfiyyat işlərini genişləndirməsinə mane olmuşdu.

    Digər tərəfdən, Livanın cənub bölgəsinə İsrail ordusunun demək olar hər gün həyata keçirdiyi hücumlar fonunda ölkədə yeni müharibə qorxusu artmaqdadır. Prezident Aun İsraillə düşmənçiliyin bitməsi üçün aparılan danışıqları dəstəklədiklərini də bildirib.

    #Livan və Cənubi Kipr arasında dəniz anlaşması: Ankara ilə gərginlik artır #Şərqi Aralıq dənizində yeni enerji sazişi – Yunan mediası: Mavi Vatana zərbə #Livan–GKRY dəniz razılaşması Türkiyənin reaksiyasını gündəmə gətirdi #Kipr sahillərindəki 20 trln m³ qaz üçün yeni marşrut: Livan danışıqları təsdiqlədi #Şərqi Aralıq dənizində balans dəyişir: Livan və Kipr imzaladı #Mavi Vatana təsir edən saziş – Livan və GKRY yeni xəritə cızdı #Avropa üçün yeni enerji koridoru? Kipr–Livan razılaşması diqqət çəkir #Şərqi Aralıq dənizi yenidən qızışır: Yeni dəniz sərhədi anlaşması #20 trilyon m³ qaz: Kiprin planı və Livanın yeni addımı #Livan–Kipr anlaşması bölgədə oyunu dəyişə bilər #Ливан и Кипр подписали морское соглашение — Афины говорят об ударе по Голубой Родине #Восточное Средиземноморье: новое соглашение вызвало спор вокруг Турции #Ливан и РККК определили морские границы: энергетика на первом плане #Livan və Kipr arasında dəniz sərhədi razılaşması regionu yenidən hərəkətə gətirdi #Yunan mediası: Yeni anlaşma Türkiyəyə strateji zərbədir #Şərqi Aralıq dənizində yeni enerji ittifaqı formalaşır #Şərqi Aralıq dənizi enerji xəritəsi #Mavi Vatan doktrinası #Türkiyə–Livan dəniz sərhədi #GKRY enerji kəşfiyyatı #Aralıq dənizində qaz ehtiyatları #Kipr sahillərində qaz kəşfi #Livan–Kipr delimitasiya sazişi #Avropa üçün alternativ enerji marşrutu #Şərqi Aralıq dənizində dəniz səlahiyyət zonalarının yenilənməsi #Kipr və Livan arasında qaz nəqli üzrə potensial layihələr #2027-ci ildən Avropaya qaz ixracı planları #Livan–GKRY dəniz sərhədlərinin təsdiqi və Ankara reaksiyası #Yunan mediasının Mavi Vatana dair tənqidi açıqlamaları #Kipr sahillərindəki 20 trilyon m³ qaz ehtiyatının Avropa bazarına çıxışı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan və Cənubi Kipr arasında dəniz əməkdaşlığı razılığı əldə edilib

    27 Noyabr 2025 02:00

    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi

    27 Noyabr 2025 00:20

    Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

    26 Noyabr 2025 22:38

    Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib

    26 Noyabr 2025 22:04

    Ceyhun Bayramov Roma Papası ilə dinlərarası dialoqu müzakirə edib

    26 Noyabr 2025 20:12

    Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir?

    26 Noyabr 2025 20:00

    İsrail təhlükəsiz olmadıqca Livanda sakitlik olmayacaq - Katz

    26 Noyabr 2025 19:53

    Abdullah Öcalana verilən suallar məlum olub

    26 Noyabr 2025 19:07

    Dini ekstremizm: Xristian radikal qrupların tarixi və müasir təhlükəsi

    26 Noyabr 2025 15:19

    Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb

    26 Noyabr 2025 13:32

    ATƏT PA-da Bakı–İrəvan parlament görüşü: Ermənistan tranzit qərarına görə Azərbaycana təşəkkür etdi

    26 Noyabr 2025 12:19

    Fransa: LGBT-yə “bəli”, hicaba “xeyr” — Parlamentdən 17 maddəlik “islamçılıqla mübarizə” paketi

    26 Noyabr 2025 09:00
    Demo
    XƏBƏR LENTİ

    Livan və Cənubi Kipr arasında dəniz əməkdaşlığı razılığı əldə edilib

    Allah adına edilən cinayət - Bu gün Papa Urban II ilk Səlib yürüşünü elan etdi

    Tarixdə bu gün – 27 Noyabr

    Türkiyə Təhlükəsizlik Şurası regionda sülh və sabitliyin təmin edilməsi məsələlərini müzakirə edib

    Ankarada Türkiyə-Azərbaycan əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib

    Suriya İnterpolla əməkdaşlıq məsələlərini müzakirə edib

    İsrail Qərb sahilində genişmiqyaslı reydlərə başlayıb

    Qvineya Bisauda ordu hakimiyyəti ələ keçirib

    Ceyhun Bayramov Roma Papası ilə dinlərarası dialoqu müzakirə edib

    Təbtabai suiqəsti: Tramp və Netanyahu arasında nə baş verir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.