Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib

    22 Oktyabr 2025 19:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Oktyabrın 22-də insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri çərçivəsində turizm sənayesi nümayəndələri üçün təlim təşkil olunub.

    AzerVoice xəbər verir ki, təlim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin şöbə müdiri Araz Babayev, İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova və koalisiyanın üzvü olan Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin təlimçisi Günel Ələkbərova tərəfindən keçirilib.

    Təlim turizm sahəsində insan alveri üzrə risklər barədə məlumatlılığı artırmaq, turizm sənayesini baş verə biləcək mümkün hallarda qabaqlayıcı tədbirlər və düzgün davranış mexanizmləri üzrə maarifləndirmək məqsədilə təşkil edilib.

    Təlim zamanı iştirakçılara insan alverinin mahiyyəti, qanunvericilikdə nəzərdə tutulan istismar növləri, insan alverində qurbanların müəyyən edilməsi istiqamətində əsas hərəkətlər, vasitələr və məqsədlər barədə ətraflı məlumat verilib.

    Həmçinin insan alveri qurbanlarının fiziki, sosial və davranış göstəriciləri, cinsi istismar, uşaq alveri və istismarı kimi mövzular müzakirə olunub.

    Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib
    Turizm sənayesinə insan alverinə qarşı mübarizəyə dair təlim keçirilib
    #Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi #Daxili İşlər Nazirliyi #İnsan Alverinə Qarşı Mübarizə Baş İdarə #Araz Babayev #İnsan Alveri ilə Mübarizə üzrə QHT Koalisiyası #Mehriban Zeynalova #Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi #Günel Ələkbərova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib

    4 Dekabr 2025 10:18

    Antiterror şəhidlərinin xatirəsinə həsr olununan DİN-in cüdo üzrə açıq çempionatı keçirilib

    30 Noyabr 2025 14:09

    Türkiyəli mütəxəssislərlə aqroturizm üzrə təcrübə mübadiləsi aparılıb

    28 Noyabr 2025 11:29

    Bakı–Qazax yolunda sıxlıq aradan qaldırılıb, tədbirlər davam edir

    10 Noyabr 2025 17:30

    “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Qəbələ rayonunda kənd turizminin inkişafını hədəfləyir

    7 Noyabr 2025 17:11

    Azərbaycan və Belarus XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

    30 Oktyabr 2025 23:04

    Azərbaycan və Çin arasında turizm əlaqələri müzakirə olunub

    29 Oktyabr 2025 21:59

    Azərbaycanda ilk dəfə Qarabağ Kuboku - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub

    15 Oktyabr 2025 21:22

    Şəki Terra Madre qastronomiya festivalına ev sahibliyi edir

    11 Oktyabr 2025 21:04

    DİN "Formula 1 Azərbaycan Qran Prisi" ilə əlaqədar vətəndaşlara müraciət edib

    19 Sentyabr 2025 15:01

    "Formula 1" yarışları zamanı azarkeş zonasına keçirilməsi qadağan olan əşyaların siyahısı açıqlandı

    19 Sentyabr 2025 11:34

    “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Qəbələ rayonunda müxtəlif təlimlər təşkil edib

    24 Avqust 2025 08:48
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    Türkiyədən Qırğızıstana dəri ixracı 15 milyon dolları keçib (ÖZƏL)

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.