Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İran Türkiyəni seçdi - Tehran və Avropa arasında nüvə danışıqları cümə günü bərpa olunur

    21 İyul 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İran, cümə günü İstanbulda Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə proqramı barədə yeni danışıqlara başlayacaq. Bu, ABŞ-ın iyun ayında İsrail və İran arasında davam edən müharibə fonunda İranın nüvə obyektlərinə hücumundan sonra keçiriləcək ilk görüş olacaq.

    İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib ki, “Avropa dövlətlərinin tələbi əsasında İran Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPoA) üzv olan üç Avropa ölkəsinin nümayəndələri ilə yeni danışıqlar turunun keçirilməsinə razılıq verib”. Onun sözləri dövlət televiziyası tərəfindən sitat gətirilib. Bildirilib ki, görüş İstanbulda keçiriləcək.

    Almaniyalı diplomatik mənbə daha əvvəl bəyan etmişdi ki, Berlin, Paris və London İranın nüvə proqramı ilə bağlı davamlı və yoxlanıla bilən diplomatik həll tapmaq üçün intensiv şəkildə işləməyə davam edir və bu həftə ərzində görüş keçirməyi planlaşdırırlar.

    İranın xarici işlər naziri Abbas Əraqçi bazar günü “X” platformasında : “İran, hər hansı bir alçaq niyyəti puç etməyə qadir olduğunu sübut edib, lakin ciddi diplomatiyaya daim xoşniyyətlə cavab verməyə hazırdır”.-deyə yazıb.

    Qərb ölkələri və İsrail, Tehranın nüvə silahı əldə etməyə çalışdığından şübhələnir, lakin İran bu iddiaları rədd edir və nüvə proqramının yalnız dinc məqsədlər üçün həyata keçirildiyini bildirir.

    13 iyun tarixində İsrail, regional düşməni olan İranın əsas hərbi və nüvə obyektlərinə qəfil hücuma keçdi.

    Daha sonra, 22 iyun tarixində ABŞ, Tehranın cənubunda yerləşən Fordo uranın zənginləşdirilməsi müəssisəsinə və İsfahanla Nətənzdəki iki nüvə obyektinə zərbələr endirdi.

    İran və ABŞ, Oman Sultanlığının vasitəçiliyi ilə beş tur nüvə danışıqları aparmışdı. Lakin İsrailin İrana qarşı başladığı və 12 gün davam edən müharibə bu prosesi kəsintiyə uğratdı.

    ABŞ prezidenti Donald Trampın, İranın üç nüvə obyektini bombalamaqla İsraillə birgə hərəkət etmə qərarı danışıqların sonunu gətirdi.

    Üç Avropa ölkəsi sonuncu dəfə 21 iyun tarixində Cenevrədə İranla görüşmüşdü, bu da ABŞ hücumlarından cəmi bir gün əvvəl baş vermişdi.

    Bu arada, Rusiya prezidenti Vladimir Putin, dünən Kremlin sarayında İranın ali rəhbəri Əli Xameneinin əsas müşavirlərindən biri olan Əli Laricanini qəbul edib.

    Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Laricani Putinə Yaxın Şərqdəki gərgin vəziyyət və İranın nüvə proqramı ilə bağlı qiymətləndirmələrini çatdırıb.

    Peskov əlavə edib ki, Putin bölgədə vəziyyəti sabitləşdirə biləcək yollar və İranın nüvə proqramı üzrə siyasi nizamlanma istiqamətində Rusiyanın məlum mövqelərini ifadə edib.

    Moskva, İran rəhbərliyi ilə dost münasibətlər saxlayır və Tehrana mühüm dəstək verir. Lakin ABŞ-ın da qoşulduğu İsrailin hücumları zamanı bu dəstəyini açıq şəkildə göstərməyib.

    Keçən həftə Moskva, ABŞ-ın “Axios” portalında yer alan və guya Putinin İranı Vaşinqtonla razılaşmaya razı salmağa çalışdığı barədə xəbəri təkzib edib. Həmin iddiaya görə, razılaşmada İranın uran zənginləşdirmədən imtina etməsi nəzərdə tutulurmuş.

    İran və böyük güclər 2015-ci ildə “Birgə Hərtərəfli Fəaliyyət Planı” (JCPoA) adlı nüvə razılaşması imzalamışdılar. Bu razılaşmaya əsasən, İranın nüvə proqramına müəyyən məhdudiyyətlər qoyulmuş və əvəzində sanksiyalar yüngülləşdirilmişdi.

    Lakin bu razılaşma 2018-ci ildən etibarən faktiki olaraq qüvvədən düşmüş sayılır. Həmin il Tramp administrasiyası ABŞ-ı bu razılaşmadan çıxarmış və İrana qarşı sanksiyaları yenidən tətbiq etmişdi.

    Bunun cavabında Tehran, razılaşma üzrə öhdəliklərini tədricən azaldaraq bir çox bəndlərdən geri çəkilməyə başlamışdı.

    Avropa ölkələri isə xəbərdarlıq ediblər ki, əgər İran danışıqlara yaxın zamanda geri dönməsə, razılaşmadakı “tətik mexanizmini” (snapback) işə salacaqlar. Bu, İran razılaşma şərtlərinə əməl etmədikdə, BMT Təhlükəsizlik Şurası sanksiyalarının avtomatik şəkildə bərpasına imkan verir. Bu mexanizmin aktivləşdirilməsi üçün son tarix oktyabr ayıdır.

    Əraqçi cümə günü avropalı həmkarları ilə telefon danışığından sonra bildirib ki, “sanksiyaların bərpası üçün nə mənəvi, nə də hüquqi əsas yoxdur”.

    “Avropa üçlüyü, İsrail və ABŞ-ın əsassız və qeyri-qanuni hərbi təcavüzünə verdiyi siyasi və maddi dəstək də daxil olmaqla, bəyanat və hərəkətləri ilə artıq nüvə razılaşmasında iştirakçı statusundan faktiki olaraq imtina edib”.-deyə Əraqçi X hesabında yazıb.

    #Tramp İran siyasəti #İran nüvə proqramı #JCPOA #İran nüvə sazişi #JCPOA razılaşması #İran nüvə razılaşmasının gələcəyi #Trampın İran siyasəti və JCPOA #İran nüvə sazişi 2025-də necə dəyişəcək? #Tramp və İran arasındakı çəkişmə #Nüvə proqramları #ABŞ-İran arasında nüvə danışıqları #İran Tramp danışıqları #Tramp İran məktubu #İran nüvə silahı #İran-ABŞ nüvə gərginliyi #İran nüvə təhlükəsi #Tramp İran nüvə razılaşması #Donald Tramp və İran sanksiyaları #Tramp administrasiyası və İran #İran nüvə alimləri hədəf alındı #Fordo nüvə obyekti #İran nüvə razılaşması #Avropa İran nüvə danışıqları #Snapback
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00

    Lariçani xəbərdarlıq edir: siyasi liderlər təhlükəni dərk etməyib

    1 Noyabr 2025 08:00

    ABŞ senatorları Trampın nüvə testi göstərişini tənqid etdi

    31 Oktyabr 2025 12:15

    Tehran, Vaşinqtonun nüvə silahı sınaqlarını bərpa etməsini “geriyə dönüş və məsuliyyətsiz addım” adlandırdı

    31 Oktyabr 2025 11:34

    İran az resursla maksimum təsir – İran strateqiyası

    27 Oktyabr 2025 12:00

    İran, Rusiya və Çin MAQATE-yə ortaq məktub göndərib

    25 Oktyabr 2025 10:02

    Putin mənə nüvə gərginliyinin azaldılmasından danışdı - Tramp

    23 Oktyabr 2025 10:16

    Xameneyi deyir ki, “... Bəs nüvə obyektlərimiz məhv edilməyib”

    21 Oktyabr 2025 10:53

    İran daxilində Snapback böhranı: keçmiş diplomatlar üz-üzə gəldi

    18 Oktyabr 2025 19:50

    BMT baş katibliyinə namizəd - Diplomatik səmimiyyətin zirvəsindəki Rafael Qrossi kimdir?

    18 Oktyabr 2025 12:32

    Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

    13 Oktyabr 2025 20:25
    Demo
    XƏBƏR LENTİ

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    İslamabad Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

    Prezident İlham Əliyev: Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Məhkəmədə Arayik Harutyunla, Levon Mnatsakanyanla, Bako Sahakyanla, David Manukyanla və Arkadi Qukasyanla bağlı sübutlar elan olunub

    Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Prezident İlham Əliyevi təbrik edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.