Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Qadınların ən çox istifadə etdiyi manipulyasilar və onlardan qorunma üsulları

    8 İyul 2025 10:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Qadın manipulyasiyası, emosional təsir və psixoloji yönləndirmə yolu ilə qarşı tərəfi öz istəklərinə uyğun davranmağa məcbur etmə üsuludur. Bu manipulyasiya tez-tez günah hissi yaratmaq, küsmək, ağlamaq və ya qurban roluna girmək kimi davranışlarla müşahidə olunur. Qadın manipulyasiyası bir çox hallarda qarşı tərəfdə özünü sübut etmə ehtiyacı və davamlı vicdan əzabı yaradır. Bu isə münasibətlərdə balansın pozulmasına və qarşılıqlı hörmətin itməsinə səbəb olur. Uzun müddət manipulyasiyaya məruz qalan şəxs özünü dəyərsiz və zəif hiss edə bilər. Bu, həm də psixoloji yorğunluq və emosional soyuma ilə nəticələnir. Manipulyasiya ilə qurulan münasibətlər səmimilikdən uzaq, gərgin və qeyri-sağlam olur. Nəticədə ailə və ya sevgili münasibətləri zədələnir, qarşılıqlı güvən sıradan çıxır.

    Qadınların ən çox istifadə etdiyi manipulyasilar və onlardan qorunma üsullarını oxuculara təqdim edirik.

    Günahkar çıxarmaq (guilt-tripping)

    Qadın tərəf qarşı tərəfi vicdan əzabına salmaqla onu istədiyi hərəkətə məcbur edir. Məsələn:

    “Sən mənə doğrudan da belə davranırsansa, demək ki, heç sevmirsən.” və ya daha çox yayğın olan “Mən sənin üçün bu qədər fədakarlıq etdim, sən isə…” ifadələrini işlədir.Bu üsulla kişi tərəf özünü borclu hiss edir və qadını özündən razı salmaq ümün imkanları sərhədlərini aşır.

    Sükutla cəzalandırmaq (silent treatment)

    Qadın qarşı tərəfi cəzalandırmaq üçün danışmır, üz ifadəsini dəyişir, soyuq davranır. Bu passiv-aqressiv üsul qarşı tərəfi çaşdıraraq:“Nə etdim ki?” deyə düşündürür.Qadınlar bu fitri taktika ilə kişidə günah hissi oyadaraq onu öz ayağına gətirlər.

    Qurban rolu oynamaq (victim playing)

    Qadın hər şeyi öz üzərinə götürürmüş kimi davranaraq: Əslində təqsirkar olsa belə, özünü zəif, incidilmiş və təqsirsiz göstərir.“Mən sadəcə yaxşı niyyətlə elədim, amma sən həmişə məni tənqid edirsən” deyə emosional müdafiəyə keçir.Qadınlarda olan bu fitri taktika demək olar ki hər zaman işləkdir və ən effektiv üsullardan biridir.

    Müqayisə ilə təsir göstərmək

    Qarşı tərəfi digər kişilərlə müqayisə edərək qısqanclıq və ya yetərsizlik hissi yaratmağa çalışır:

    “Fidanın əri ona ayda bir dəfə gül alır, sən isə...”Bu, kişidə özünü sübut etmə ehtiyacı doğura bilər. Amma bu hal bir o qədər də işlək deyil.

    Əhval-ruhiyyə dəyişikliyi ilə yönləndirmə

    Qadın emosional dalğalanmaları (qəzəb, sevinc, küskünlük) dəyişkən şəkildə göstərərək:

    Qarşı tərəfi daim “nə olacaq?” düşüncəsində saxlayır. Qadın bununla həm də qarşı cinsdə özü haqqında bir “sirli” obraz yaratdığını düçünür ki, bu da bir çox hallarda təcrübəsiz kişilərdə daha effektiv təsirə malik olur və onun davranışlarını qadına uyğunlaşdırmasına səbəb olur.

    İncə kinayə və eyhamlarla yönəltmə

    Açıq danışmaq əvəzinə, dolayısı ilə fikrini çatdırmaqla qarşı tərəfi günahkar kimi hiss etdirmək:“Narahat olma, sən onsuz da heç vaxt mənə vaxt ayırmırsan” (əslində istəyir ki, vaxt ayırsın).” Ifadəsi olduqca professional şəkildə işlədilir. Qadın bunu heç vaxt qarşı cinsə bir başa yox, kişinin hər hansı bir işlə məşğul olduğu zaman və ya nəsə etməyə başladığı zaman deyil. ( Məsələn məşqə getdiyi zaman və ya dostları ilə vaxt keçirçək istədiyi vaxt). Nəticə olduqca effektiv olur və qarşı cinc etdəcəyi işdən zamanla maksimum soyuyur.

    Göz yaşından istifadə - ən effektiv vasitə

    Bəzi qadınlar ağlayaraq qarşı tərəfi manipulyasiya edə bilər. Xüsusilə ictimai yerlərdə və ya konflikt zamanı göz yaşı. Qarşı tərəfi emosional şəkildə geri çəkilməyə və yumşalmağa məcbur edir.Qadınlar yalnız güclü ola bilmədiyi təqdirdə bu üsuldan istifadə edirlər.

    Cinsəl manipulyasiya (Ən təhlükəli üsul)

    Cinsəlliyi mükafat və ya cəza vasitəsinə çevirmək:“Əgər belə etsən, mən də səninlə yaxın olaram” və ya: “İstədiyim olmayana qədər sənə yaxınlaşmayacağam.”. Bu olduqca yayğın olan bir manipulyasiya növüdür və qadın hesab edir ki, modern cəmiyyətdə o əvəzolunmazdır. Lakin bunun ailənin dağılmasına gətirib çıxaran acı nəticələri olur. Bir çox hallarda qadınlar bu haqda sadəcə olaraq düşünə bilmirlər.

    Sosial manipulyasiya (ətrafı yönəltmə)

    Qadın, qarşı tərəfi təcrid etmək və ya ona təzyiq göstərmək üçün:Ailə üzvləri, dostlar və ya ortaq tanışlarla onun əleyhinə danışa bilər. Qadın kişinin ailə üzvlərinin səhvləri üzərindən manipulyasiya etmək, onların etdiyi səhvə görə kişini aşağılamaq və ya etibarsızlaşdırmaq.

    Onu ictimai rəyə tabe etməyə çalışar.

    “Qadın zəkası” ilə qeyri-müəyyənlik yaratmaq

    Bəzən qadınlar cavablarında, istəklərində və hisslərində qəsdən qeyri-müəyyən olurlar: Bu, qarşı tərəfi daim təxmin etməyə, qorxu ilə davranmağa və daim razı salmağa yönəldə bilər.Məsələn: “Nə istədiyimi sən özün anlamalısan.” Niyə sualına isə cavab, adətən “ Sən kişisən bilməlisən” kimi sağlam məntiqdən uzaq cavab olur.

    Keçmişin təkrar xatırladılması

    Daha əvvəl olan səhvlərin və ya hadisələrin tez-tez yada salınması:Qarşı tərəfi daim günahkar və zəif hiss etdirmək məqsədilə istifadə olunur. Qadın bu zaman qarşı cinsit etdiyi səhvi zərgər dəqiqliyilə xatırladır. Üsul hər zaman işləkdir.

    Cazibədən və xarici görünüşdən istifadə

    Qadın gözəlliyini, cazibəsini, baxışlarını və geyimini müəyyən məqsədlə istifadə edir:İstədiyi işi gördürmək, istədiyi qərarı qəbul etdirmək üçün vizual təsirdən istifadə edir. Mentalitetə görə dəyişən bir manipulyasiya növüdür.

    Tərif və tənqidin birləşdirilməsi

    Əvvəlcə qarşı tərəfi tərifləyir, sonra birdən ciddi tənqid edir. Bu, psixoloji təsir gücünü artırır:“Sən ağıllı kişisən, amma bu dəfə doğrudan da kobud davrandın.” Bu üsul hər qadının tərəfindən deyil, yalınız professional qadınlar tərəfindən istifadə olunur. Adətən oturuşmuş ailələrdə tətbiq olunur və olduqca effektivdir.

    “Dostcasına” münasibət

    Bəzən qadın “mənə nə var ki, sənin xeyrinə deyirəm” deyə başlayaraq tənqid və təzyiq edir. Əslində isə bu, manipulyasiyadır:“Sənə görə narahat oluram, ona görə də dostlarınla daha az görüşməlisən.”, ifaədlıri xoş görünməkdən və qarşı cinsin qəlbində yer tutmaqdan başqa bir şey deyil.

    Dramatizasiya

    Həqiqət olduğundan daha dramatik göstərilir:“Sən dünən zəng etmədin, bütün gecəni ağladım, yatmadım.”, “Əsəblərim gərilib, dərman içdim” və sairə kimi ifadələr qarşı tərəfi tiran kimi göstərmək üçün istifadə edilir.

    Bu manipulyasiya üsulları hər qadında və hər münasibətdə görülmür. Bu davranışlar həm qadınlar, həm də kişilər tərəfindən istifadə oluna bilər, amma qadınlarda daha çox müşahidə olunur. Əsas məsələ isə hər iki tərəfin dürüst, açıq və sağlam ünsiyyət qurmağı bacarmasıdır.

    Bu manipulyasiyaların qarşısını necə almaq olar?

    Açıq və şəffaf ünsiyyət qurmaq,sərhədləri əvvəlcədən müəyyənləşdirmək.
    Passiv-aqressiv davranışlara dərhal reaksiya vermək əvəzinə səbəbini aydınlaşdırmaq.
    Təkrar olunan davranışlara qarşı sakit, lakin qəti mövqe bildirmək.
    Münasibətlərdə empati və anlayış prinsiplərini qorumaq.

    #qadın manipulyasiyası #münasibətlərdə manipulyasiya #emosional şantaj #psixoloji təsir üsulları #qadınların istifadə etdiyi manipulyasiya #münasibətdə nəzarət #passiv aqressiya #günah hissi yaratmaq #qadın psixologiyası #sevgidə manipulyasiya #evlilikdə emosional təzyiq #qurban rolunu oynamaq #manipulyativ davranışlar #münasibətlərdə güvən itkisi #qadın və kişi münasibətləri #Qadınların ən çox istifadə etdiyi manipulyasilar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyədə oktyabr ayında məşğulluq səviyyəsi artıb, işsizlik azalıb

    28 Noyabr 2025 11:55

    Bakıda TDT Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci iclası keçirilir

    28 Noyabr 2025 10:30

    Oktyabr ayında Türkiyənin Türk ölkələrinə ixracı 9 milyard dolları keçib (ÖZƏL)

    28 Noyabr 2025 09:19

    Papanın Fələstin məsələsindəki mövqeyini yüksək qiymətləndiririk - Ərdoğan

    28 Noyabr 2025 06:00

    İsrail atəşkəsin ildönümündə Livana hava hücumu edib

    28 Noyabr 2025 04:00

    Rusiya Türkiyənin Ukrayna danışıqları üçün platforma təklifini yüksək qiymətləndirir - Zaxarova

    28 Noyabr 2025 02:00

    Bu gün Magellan Sakit okeana çatdı: Avropanın ilk böyük dünya kəşfi baş tutdu

    28 Noyabr 2025 00:10

    Laçında Müdafiə Nazirliyinin hərbi qulluqçusu minaya düşərək ağır yaralanıb

    27 Noyabr 2025 23:10

    Əl-Fəşirdə insan alveri və cinsi zorakılıq kritik həddə çatıb - BMT

    27 Noyabr 2025 20:54

    Ermənistan vətəndaşlarının məhkəməsində 6 təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib

    27 Noyabr 2025 20:45

    İnsan həyatı ilə bağlı heyrətamiz faktlar: dəri 1000 dəfə yenilənir, gündə 40 min bakteriya ağızda yaşayır

    4 Oktyabr 2025 09:32

    Vəli olmadan nikah keçərlidirmi? – Hənəfi və digər məzhəblərin baxışı

    27 İyul 2025 16:50
    Demo
    XƏBƏR LENTİ

    Taleh Kazımov Çində maliyyə tənzimləməsi qurumunun rəhbəri ilə görüşüb

    Türkiyədə Misir Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

    Atəşkəsdən sonra İsrail hücumlarında 335 nəfər həlak olub - Livan

    Türkiyə Xarici İşlər Naziri Almaniyada diplomatik danışıqlar aparıb

    Azərbaycan və BƏƏ arasında Hərtəfəli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclası olub

    Səudiyyə Hərbi Dəniz Qüvvələri Misirdə birgə dəniz təlimlərini tamamlayıb

    TDT media və informasiya üzrə məsul nazirlərinin toplantısının yekunlarına dair Kommünike qəbul olunub

    Türkiyədən Türkmənistana xalça ixracı 4 milyon dolları keçib (ÖZƏL)

    Türkiyədə oktyabr ayında məşğulluq səviyyəsi artıb, işsizlik azalıb

    Dezinformasiya ilə mübarizə Azərbaycan üçün prioritet istiqamətdir - Əhməd İsmayılov

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.