BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin oktyabr ayında Türkiyənin Türk ölkələrinə ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,4 faiz azalaraq 1 milyard 11 milyon 88 min dollar olub.
Bu barədə AzerVoice - a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar – oktyabr ayında, Türkiyənin Türk ölkələrinə ixracatı, keçən ilin analoji dövri ilə müqayisədə 0,3 faiz azalaraq, 9 milyard 53 milyon 229 min dollar olub.
“Bu ilin oktyabr ayında Türkiyənin Türk ölkələrindən idxalı 2024 -cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 747 milyon 370 min dollar təşkil edib” – deyə nazirlikdən bildiriblər.
Nazrilikdən bildiriblər ki, 2025-ci ilin yanvar – oktyabr aylarında Türkiyənin Türk ölkələrindən idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 1,8 faiz artaraq, 6 milyard 613 milyon 321 min dollar təşkil edib.
Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard 462 milyon dollar olub.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin oktyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 2 faiz artaraq 23 milyard 941 milyon dollar, idxalı isə 7,2 faiz artaraq 31 milyon 521 min dollar olub.
“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 523 milyard 621 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-cü ilin yanvar- oktyabr ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq 224 milyard 469 milyon dollara, idxalı isə 6,1 faiz artaraq 299 milyard 152 milyon dollar olub.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.