Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun
2-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
AzerVoice xəbər verir ki, hər iki ölkənin
Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş
nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin
müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.