BAKI,AzerVoice
Türkiyə ilə Yunanıstan arasında turizm sahəsində əməkdaşlığı gücləndirəcək protokol imzalanıb.
AzerVoice xəbər verir ki, Ankarada təşkil edilən 6-cı Ortaq Turizm Komitəsi İclasında, Mədəniyyət və Turizm Naziri Köməkçisi Nadir Alpaslan ilə Yunanıstan Turizm Nazirinin Köməkçisi Anna Karamanli başçılığında keçirilib.
Tədbirdə çıxış edən Alpaslan, kapıda viza tətbiqinin əhatə dairəsinin genişləndirilməsinin hər iki ölkə üçün böyük faydalar təmin edəcəyini vurğuladı.
Turizm məhsullarının çeşidlənməsi lazım olduğunu qeyd edən Alpaslan, kənd turizmi və dəniz turizmi sahələrində işbirliyi təklif etdi.
İki ölkə arasında turizm hərəkatını artırmaq üçün nəqliyyat şəbəkələrinin gücləndirilməsinin qarşılıqlı turist axışını artıracağını qeyd edən Alpaslan, yeni marşrutların açılması və mövcud səfərlərin artırılmasının turistlərin səyahət komfortunu yüksəldəcəyini və iqtisadi-mədəni əlaqələri gücləndirəcəyini bildirdi.
Özəl sektor əməkdaşlığın qurulmasının tanıtım və marketinq fəaliyyətləri üçün böyük əhəmiyyət daşıdığını qeyd edən Alpaslan, keyfiyyət standartlarının yüksəldilməsi üçün ortaq sertifikatlaşdırma sistemlərinin inkişaf etdirilməli olduğunu, iki ölkə arasında yaradılacaq ortaq marşrutların uzun müddətli səyahət etmək istəyən turistlər üçün cəlbedici olacağını qeyd etdi.
Görüşlərdən sonra, iki ölkə arasında turizm sahəsində işbirliyini gücləndirmək məqsədilə protokola, Alpaslan və Karamanli imza atdı.