Əsas səhifə » XİN Rusiyada azərbaycanlılara qarşı hücuma münasibət bildirdi

XİN Rusiyada azərbaycanlılara qarşı hücuma münasibət bildirdi

BAKI,AzerVoice

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb.

Trend xəbər verir ki, XİN-in bəyanatında bildirilib:

“27 iyun tarixində səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk.

Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik”.

Digər Kateqoriyalar

2025 © Azervoice