Əsas səhifə » BMT İsrail-İran gərginliyi ilə bağlı ilk dəfə rəsmi açıqlama verib

BMT İsrail-İran gərginliyi ilə bağlı ilk dəfə rəsmi açıqlama verib

BAKI, AzerVoice

Birləş Milətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrail ilə İran arasındakı gərginliklə bağlı narahatlığını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə Quttereşin ilk dəfə verdiyi rəsmi açıqlamada deyilir.

“İsrail və İran arasındakı hərbi eskalasiyadan narahatlıq duyuram. Hamını bu münaqişənin daha da genişlənməsinin qarşısını almağa çağırıram” - deyə, açıqlamada bildirilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Digər Kateqoriyalar

2025 © Azervoice