BAKI, AzerVoice
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Rusiyanın müdafiə naziri Andrey Belousov arasında telefon danışığı baş tutub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat verib.
Bildirilib ki, söhbət zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə İran və İsrail arasında baş verən münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.