BAKI, AzerVoice , Nailə Babazadə
Türkiyənin Elazığ şəhərində mədəndə çökmə baş verib.
AzerVoice xəbər verir ki, Elazığın Alacakaya rayonunda mədən çöküb. İşçilərin dağıntılar altında qaldığı, hadisə yerinə AFAD, UMKE, səhiyyə və jandarma qruplarının sövq edildiyi bildirilir.
Özəl xrom mədənində hələ məlum olmayan səbəbdən çökmə baş verib.
İlkin məlumata görə, çökmə altında qaldığı ehtimal edilən işçini xilas etmək üçün xilasetmə işlərinə başlanılıb.