BAKI, AzerVoice
İranın İsrailə qarşı cavab hücumunun üçüncü dalğası başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
X X X
İranın İsrailə etdiyi raket hücumundan sonra Təl-Əviv bölgəsində beş nəfər xəsarət alıb.
AzerVoice xəbər verir ki, bu barədə İsrailin Təcili Tibbi Yardım Xidməti məlumat yayıb.
İsrailin N12 telekanalının məlumatına görə, İranın hücuma başladığı andan etibarən İsrailə doğru 150-200 raket atılıb və onlardan 9-nun yerə düşdüyü qeydə alınıb. Eyni zamanda, İranın Fars agentliyi bildirib ki, İran hava hücumundan müdafiə sistemləri bir neçə İsrail hərbi təyyarəsini, o cümlədən iki F-35 qırıcı təyyarəsini vurub.
X X X
İranın buraxdığı bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına düşüb.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı İranın IRNA agentliyi yayıb.
Məlumata görə, raketlər İsrailin Təl-Əviv şəhərində yerləşən nazirliyin qərargahına tuş gəlib.
Digər tərəfdən, İsrail ordusu İran tərəfindən ikinci raket atışını qeydə alıb.
Ordunun mətbuat xidmətinin verdiyi məlumata görə, İsrail istiqamətinə onlarla raket buraxılıb.
X X X
İran Silahlı Qüvvələri İsrail ərazisində onlarla hədəfi, o cümlədən hərbi mövqeləri və hava bazalarını raket zərbələri ilə vurub.
AzerVoice xəbər verir ki, bu haqqda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) verdiyi açıqlamada bildirilib.
Həmçinin bildirilib ki, İranın İsrailə qarşı həyata keçirdiyi cavab əməliyyatının adı “Doğru Vəd 3” adlandırılıb.
X X X
İsrail ordusu, İran tərəfindən İsrailə çox sayda ballistik raket atıldığını təsdiqləyib.
AzerVoice xəbər verir ki, bu barədə ordunun verrdiyi açıqlamada deyilir.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirmək üçün fəaliyyət göstərir.
Vətəndaşlara sığınacaqlarda qalmaq çağırışı edilib. Eyni zamanda, İsraildəki mobil telefonlara xəbərdarlıq siqnalları göndərilərək insanların dərhal sığınacaqlara getməsi istənilib.
X X X
İran Silahlı Qüvvələri İsrailin İran ərazisinə endirdiyi hücumlara cavab olaraq hərbi əməliyyata başlayıb.
AzerVoice xəbər verir ki, bu barədə İranın Al Alam dövlət televiziyası məlumat verib.
IRNA agentliyinin verdiyi məlumata görə, İran İsrail istiqamətinə yüzlərlə ballistik raket buraxıb.
AFP agentliyinin məlumatına görə isə, Qüdsdə partlayış səsləri eşidilir.
Xəbər yenilənəcək




