Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    ABŞ Türkiyə səfirini Suriyada xüsusi nümayəndə təyin edir

    21 May 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ Türkiyədəki səfirini Suriya üzrə xüsusi nümayəndə təyin edir.

    AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın yaxın dostu, Ankaradakı hazırkı səfir Tomas Barakın Suriya üzrə xüsusi nümayəndə təyin olunacağı gözlənilir. Bu barədə Reuters agentliyi türk diplomata və məsələdən xəbərdar mənbəyə istinadla məlumat yayıb.

    Barakın təyinatı Trampın ötən həftə Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya tətbiq olunan sanksiyaların ləğv ediləcəyini açıqlamasının ardınca baş verir.

    ABŞ Dövlət Departamenti məsələ ilə bağlı şərh verməkdən imtina edib. Lakin ABŞ dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı bildirib ki, Tomas Barak və səfirlik əməkdaşlarına Suriyadakı yerli strukturlarla birbaşa əməkdaşlıq etmək səlahiyyəti verilib.

    “Biz bu hökumətin sabitliyə doğru irəliləməsinə yardım etmək istəyirik. Əks halda, bölgə yeni bir vətəndaş müharibəsi və xaos təhlükəsi ilə üzləşə bilər”, – deyə Rubio vurğulayıb.

    Türkiyə Xarici İşlər Nazirliyi isə Vaşinqtonda ABŞ-Türkiyə arasında Suriya mövzusunda görüş keçirildiyini, Tomas Barakın da həmin görüşdə iştirak etdiyini bildirib. Görüşdə sanksiyaların yumşaldılması və terrorla mübarizə məsələlərinin müzakirə olunduğu qeyd edilib.

    Qeyd edək ki, Tramp sanksiyaların ləğvi barədə qərarını Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərindən sonra açıqlayıb. O, mayın 14-də isə Səudiyyə Ərəbistanında Suriya prezidenti Əhməd əl-Şara ilə də görüş keçirib.

    #Türkiyə #Səudiyyə Ərəbistanı #ABŞ #Ankara #Məhəmməd bin Salman #Suriya #Marko Rubio #Tomas Barak #Tomas Barak Suriya üzrə nümayəndə #ABŞ Türkiyə səfiri #ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 15:24

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Müdafiə Nazirliyi Atatürkün anım günü ilə bağlı paylaşım edib

    10 Noyabr 2025 10:44

    Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir - Ərdoğan

    10 Noyabr 2025 10:40

    Suriya Prezidenti bu gün Ağ Evdə Donald Tramp ilə görüşəcək

    10 Noyabr 2025 09:20

    Həccdə Zəvvar məmnunluğu 91 faiz təşkil edib

    10 Noyabr 2025 08:06

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    9 Noyabr 2025 17:03

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    9 Noyabr 2025 16:06

    Azərbaycanın iki cüdoçusu finala yüksəlib - İslamiada (FOTO)

    9 Noyabr 2025 15:57
    Demo
    XƏBƏR LENTİ

    Napoli baş məşqçisi ilə yollarını ayıra bilər

    Ölü dəniz – Yer üzündəki ən uniklal təbii laboratoriya: 16 maraqlı fakt

    Günəşdə güclü partlayış qeydə alınıb

    Azərbaycanın XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

    Milli Observatoriya tərəfindən 2025-ci il üzrə ən çox tələb olunan peşələr müəyyən olunub

    Azərbaycan Ordusunun hərbçisi NATO kursunu müvəffəqiyyətlə bitirib

    Türkiyədən Özbəkistana elektrik avadanlıqları ixracı 116 milyon dolları keçib (ÖZƏL)

    Azərbaycan UNESCO komitəsinə üzv seçilib

    Yaponiyada 6,8 bal gücündə zəlzələ baş verib

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.