Əsas səhifə » Ərdoğan beş ölkənin səfirini qəbul edib

Ərdoğan beş ölkənin səfirini qəbul edib

BAKI,AzerVoice

Rəcəb Tayyib Ərdoğan Belarus, Braziliya, Ekvador, Gürcüstan və Vyetnam səfirlərini qəbul edib.

AzerVoice xəbər verir ki, Prezident Sarayında keçirilən qəbul mərasimində Belarus Səfiri Anatoli Qlaz, Braziliya Səfiri Qilda Motta Santos Neves, Ekvador Səfiri Pedro Vintimilla, Gürcüstan Səfiri Arçil Kalandiya və Vyetnam Səfiri Danq Thi Thu Ha Prezident Ərdoğana etimadnamələrini təqdim ediblər.

Səfirlər səfirlik əməkdaşlarını və ailə üzvlərini Ərdoğana təqdim edərək, onunla xatirə fotosu çəkdiriblər.

Ərdoğan daha sonra Belarus Səfiri Qlaz, Braziliya Səfiri Neves, Ekvador Səfiri Vintimilla, Gürcüstan Səfiri Kalandiya və Vyetnam Səfiri Danq Thi Thu Ha ilə ayrı-ayrılıqda görüşüb.

Digər Kateqoriyalar

2025 © Azervoice