Bakı. AzerVoice:
Türkiyə xarici işlər naziri Hakan Fidan İran xarici işlər nazirinin müavini Əli Bakıri ilə Qəzza məsələsini müzakir edib.
AzerVoice xəbər verir ki, tərəflər arasında telefon danışığı baş tutub.
Görüş zamanı Qəzzada baş verən son hadisələr müzakirə olunub.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 36 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu