Bakı. AzerVoice:
İsrail Rafahda məcburi köçkün fələstinlilərin çadırlarının qaldığı ərazini vurdu.
AzerVoice xəbər verir ki, Əl-Cəzirə televiziyası çadır şəhərciyinin 8-dən çox raketlə vurulduğunu açıqlayıb.
Hücum zamanı çoxlu sayda itki olduğu bildirilir. Ölənlərin sayının artması ehtimal edilir.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 3 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Hafiz Rufizoğlu