Bakı,AzerVoice
Netanyahunun Rəfahda israr etməsi atəşkəsin qarşısını aldı,AzerVoice xəbər verir ki, bu haqda HƏMAS rəsmi açıqlama yayıb.
Adlarının açıqlanmasını istəməyən HƏMAS rəsmiləri, razılaşma əldə edilib-edilməməsindən asılı olmayaraq, Netanyahunun Rəfaha qarşı quru əməliyyatı keçirməkdə israrlı olmasının prosesi əngəllədiyini qeyd ediblər.
Digər bir tərəfdən HƏMAS rəsmisi Musa Əbu Mərzuk, qeyd edib ki, tərəflər razılaşmaya çox yaxın idilər , lakin Netanyahunun dar düşüncəli rəftarı prosesin qarşısını aldı.
Netanyahu dəfələrlə atəşkəs danışıqlarının nəticələrindən asılı olmayaraq Rəfaha qarşı quru əməliyyatına başlayacaqlarını demişdi və ABŞ da əməliyyat planlarına qarşı çıxıb.