Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb

    15 Noyabr 2025 09:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

    AzerVoice xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

    Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə, - 143 nəfər, Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə, - 219 nəfər köçürülüb.

    Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

    Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

    #Prezident İlham Əliyev #Qarabağ #Zəngilan #Ağdam #Mehriban Əliyeva #Şərqi Zəngəzur #Böyük Qayıdış
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsmayıllıdakı “DOST Evi”nin açılışından 2 il ötür

    15 Noyabr 2025 09:34

    Qarabağdan Çelsi ilə görüşdə baş verənlərlə bağlı bəyanat

    14 Noyabr 2025 17:50

    Prezident İlham Əliyev ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib

    14 Noyabr 2025 17:15

    Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

    14 Noyabr 2025 17:14

    Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib

    14 Noyabr 2025 16:00

    AYNA-nın beynəlxalq daşımalar üçün operatorlar altsistemi genişləndirilib

    14 Noyabr 2025 15:59

    Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev

    14 Noyabr 2025 14:28

    Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

    14 Noyabr 2025 12:39

    Prezident İlham Əliyev: Azərbaycan müasir dəmir və avtomobil yolları infrastrukturuna böyük sərmayələr yatırır

    14 Noyabr 2025 11:48

    Prezident İlham Əliyev: Nəqliyyat xətlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığımız qardaş dövlətlərin iqtisadi inkişafının zəmanətidir

    14 Noyabr 2025 11:47

    Prezident İlham Əliyev Xankəndidə keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

    14 Noyabr 2025 11:24

    Zəngilan rayonunun Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

    14 Noyabr 2025 09:23
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Özbəkistana xalça ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Türkiyənin milli futbol komandası Bursada Bolqarıstanla qarşılaşacaq

    Təhdid və təzyiqlər qarşısında geri çəkilməyəcəyik - İran

    İsmayıllıdakı “DOST Evi”nin açılışından 2 il ötür

    Adnan Menderes hava limanında sərnişindaşıma 10 milyon nəfəri keçib (ÖZƏL)

    Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanları yola salınıb

    Yuxuda şeytan görmək necə yozulur?

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    Körfəz müharibəsindəki ən böyük tank döyüşü

    Britaniyanın maliyyə mərkəzi Səudiyyə layihələrinə sərmayə yolları axtarır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.