Bakı,AzerVoice
Rəfahda hərbi əməliyyat İsrail ordusu üçün “piknik” olmayacaq,AzerVoice xəbər verir ki, bu haqda HƏMAS hərəkatının açıqlamasında deyilir.
HƏMAS hərəkatı İsrail ordusunun təxminən bir milyon yarım vətəndaşın və köçkünlərin sıx olduğu Rəfah şəhərinə mümkün işğala hazırlıq çərçivəsində atdığı addımları və onun xəbərdarlığını təsdiqləyib.
Hərəkatın yaydığı bəyanatda o da qeyd olunur ki, Rəfahın boşaldılması İsrail hökumətinin Fələstin xalqına qarşı “məhv etmək siyasətinin” davam etdirmək əzmində olmasını bir daha sübut edir.
Hərəkat Fələstin müqavimətinin İsrailin mümkün hücumuna qarşı durmağa hazır olduğunu vurğulayıb.
HƏMAS beynəlxalq ictimaiyyəti “uşaqlar, qadınlar və qocalar da daxil olmaqla yüz minlərlə müdafiəsiz mülki şəxsin həyatını təhdid edən bu cinayəti dayandırmaq üçün təcili tədbirlər görməyə” çağırıb.