Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik – Azərbaycan Könüllüsü (Özəl)

    24 Fevral 2024 07:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Bölgədə 100-dən çox çadırın qurulmasında bir başa iştirak etmişik. Bu barədə AzerVoice-ə, Türkiyəyə yardıma gedən Azərbaycan Könüllüsü Rəsul İsmayılzadə deyib.

    “Qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ hər birimizi dərindən sardı. İlk gündən etibarən Azərbaycandan yardımların hazırlanmasında iştirak etdik. Daha sonra isə 100 nəfərlik könüllü heyəti ilə Türkiyənin Kahramanmaraş vilayətinə, humanitar yardım göstərməyə getdik. Bölgələrdə yardımların paylanılması, zəlzələdən əziyyət çəkənlərə psixoloji dəstəyin göstərilməsi, qidaların, paltarların paylanmasında aktiv şəkildə iştirak etdik.” - deyə o bildirib.

    Rəsul İsmayılzadə qeyd edib ki, Kahramanmaraş ilə yanaşı, Adıyaman, Hatay, Malatya bölgələrinə də səfərlər edilib.

    “Çadır heyəti olaraq Hatay bölgəsində də fəaliyyət göstərmişik. Bundan əlavə olaraq Azərbaycan tərəfindən göndərilən çadırların qurulmasını bölgədəki türk gənc könüllülərə də öyrədirdik. Yaşanan hadisələr bizim üçün çox çətin bir təcrübə oldu. Lakin biz hər zaman qardaşlarımıza dəstək olmağa hazırıq.” - deyə o bildirib.

    Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

    "Bir yumruq, bir ürək, bir can" şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan Könüllüləri həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb.

    Hafiz Rufizoğlu

    #Azərbaycan Könüllüsü #Hafiz Rufizoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    17 Dekabr 2025 21:42

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    17 Dekabr 2025 21:25

    Atlantikadan boşluğa: Trampın strategiyası qarışıqlığın manifesti kimi

    17 Dekabr 2025 18:04

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    17 Dekabr 2025 17:39

    Baş nazir "Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi üzrə Tədbirlər Planı"nı təsdiqləyib

    17 Dekabr 2025 17:03

    Qəzzada humanitar böhran dərinləşir soyuqdan ölənlərin sayı 17-yə çatıb

    17 Dekabr 2025 14:15

    Əbu-Dabidə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

    17 Dekabr 2025 11:23

    “Vahid Çin” kölgəsində-Pekinin uyğurları assimilyasiya siyasəti

    12 Sentyabr 2025 09:37

    Bizlər Bir yumruq, bir ürək, bir can şüarını rəhbər tutduq – Azərbaycan Könüllüsü (Özəl)

    25 Fevral 2024 00:54

    Bütün təhlükələrə rəğmən qardaş ölkəyə dəstək göstərdik – Azərbaycan Könüllüsü (Özəl)

    17 Fevral 2024 17:42

    Qardaş Türkiyəyə dəstək göstərmək bizim üçün böyük fəxrdir – Azərbaycan Könüllüsü (Özəl)

    13 Fevral 2024 22:55

    Bizi bir-birimizə bağlayan qardaşlıq duyğularıdır – Azərbaycan Könüllüsü (Özəl)

    11 Fevral 2024 22:36
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

    Atlantikadan boşluğa: Trampın strategiyası qarışıqlığın manifesti kimi

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.