Bakı. AzerVoice:
Qaziantepə cəmi 4,8 milyard lirə vəsait ayrılıb.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün 10 698 evimiz üçün püşkatma keçiririk. Ümid edirəm ki, onların yeni evləri xeyirli və dinc olacaq. 14 min evimizin tikintisi sürətlə davam edir. Sonuncu vətəndaşımıza ev verilənə qədər işimizi davam etdirəcik.” - deyə Ərdoğan qeyd edib.
O bildirib ki, seçki gündəminin zəlzələ gündəmindən irəli getməsinə heç vaxt icazə verməyəcik.
“Biz zəlzələ zonasının yenidən qurulması və dirçəldilməsi istiqamətində işimizi fasiləsiz davam etdiririk. İndiyədək təcili sökülməli olan 6 min 114 binanın hamısını sökmüşük və onlardan 11 min 554-nün dağıntıdan təmizlənməsi prosesi başa çatıb. Çadırların sayı 54 min 554, 20 yerdə qurulan 8 min 660 konteynerdə 26 min nəfər qalır.” - deyə Ərdoğan qeyd edib.
O bildirib ki, zəlzələ zonasını ən qısa zamanda bərpa edəcəyik.
Hafiz Rufizoğlu