Bakı,AzerVoice
Müharibə bitdi və HƏMAS Qəzzada hakimiyyətdə qalır,AzerVoice xəbər verir ki, bunu İsrail Daxili Təhlükəsizlik Xidmətinin ( Şin Bet ) keçmiş rəhbəri Carmi Gilon deyib.
O qeyd edib ki , Qəzzada müharibə bitib və yaxın beş və ya altı ilə qədər hər hansı bir toqquşma olmayacaq.
"Toqquşmanın baş verəcəyini heç kim təsəvvür edə bilməzdi. Kəşfiyyatla bağlı izahatım yoxdur və inanıram ki, döyüşlər tan bitdikdən sonra daha çox faktlar üzə çıxacaq. HƏMAS-ın hazırlıqları İSrailin kəşfiyyat uğursuzluğunun böyük olduğunu göstərir”-deyə o bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.
Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.