Əsas səhifə » İsrail ordusu "Hizbullah"ın kəşfiyyat rəhbərini qətlə yetirib

İsrail ordusu "Hizbullah"ın kəşfiyyat rəhbərini qətlə yetirib

BAKI, AzerVoice

İsrail ordusu, Livanın cənubundakı Mehrune bölgəsində “Hizbullah”ın Radvan Qüvvələrinə bağlı bir batalyonun kəşfiyyat rəhbəri Abbas əl-Həsən Vəhbinin öldürüldüyünü elan edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsünün yaydığı bəyanatda deyilir.

Bildirilib ki, Abbas əl-Həsən “Hizbullah”ın yenidən təşkilatlanması və silah daşınması səylərində iştirak edib və bu fəaliyyətlər İsrail ilə Livan arasında mövcud anlaşmaları açıq şəkildə pozur.

Bəyanatda həmçinin qeyd olunur ki, dünən İsrail ordusu “Hizbullah”ın Bent Cəbil bölgəsində tank əleyhinə raket bölməsinin rəhbəri Həsən Məhəmməd Həmudini də qətlə yetirib. Sözçünün bildirdiyinə görə, Həmudi müharibə ərzində İsrail ərazisinə qarşı bir çox raket hücumlarını birbaşa idarə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice