Əsas səhifə » Livanda heç kim İsraillə müharibəyə qayıtmaq istəmir - Aun

Livanda heç kim İsraillə müharibəyə qayıtmaq istəmir - Aun

BAKI, AzerVoice

Livanda heç kim İsraillə müharibəyə qayıtmaq istəmir.

AzerVoice xəbər verir ki, bu haqda Livan Prezidenti Cozef Aun bildirib.

O, iki tərəf arasında yaranan fikir ayrılıqlarının dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Digər tərəfdən, iki ölkə arasında atəşkəs razılaşmasının qüvvədə olmağına baxmayaraq, İsrailin Livan ərazisinə hava hücumları davam edir. İsrail tərəfi Hizbullahı atəşkəsi pozmaqda, Hizbullah isə İsraili razılaşmanı pozmaqda ittiham edir. Lakin Hizbullah indiyədək İsrailin hava hücumlarına cavab verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice