Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakıda “VI Müstəqil İş Adamları” tədbiri keçirilib

    28 Aprel 2025 16:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    MÜSİAD Azərbaycan İctimai Birliyinin İstehsalat və Ticarət Komissiyasının təşkilatçılığı ilə "6-cı Müstəqil İş Adamları Görüşü" keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirə MÜSİAD Azərbaycan üzvləri də daxil olmaqla, 250-yə yaxın sahibkar qatılıb. İş dünyasının fərqli sahələrini təmsil edən sahibkarlar bir araya gələrək yeni tərəfdaşlıqlar qurmaq, birgə layihə imkanlarını araşdırmaq və ölkə ilə dünya iqtisadiyyatı barədə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Görüşdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)-nın İdarə Heyəti sədrinin müavini Emil Hüseynli, Trabzon Ticaret ve Sanayi Odası İdarə Heyətinin sədri Erkut Çelebi, İqtisadiyyat Nazirliyi, eləcə də Təhsilin İnkişafı Fondu, digər dövlət qurumları və Türkiyə Səfirliyinin müşavirləri yer alıblar.

    Tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla anılması və Azərbaycan ilə Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli çıxışında Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin strateji əhəmiyyətinə diqqət çəkib. O dövlət başçıları cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən müəyyən edilmiş illik 15 milyard ABŞ dolları həcmində ticarət dövriyyəsi hədəfinə töhfə vermək üçün MÜSİAD Azərbaycan olaraq fəal şəkildə çalışdıqlarını qeyd edib.

    “Bu səylərin nəticəsi olaraq son üç il ərzində MÜSİAD Azərbaycan üzvləri tərəfindən ölkə iqtisadiyyatına 75 milyon manat dəyərində investisiya yatırılıb. 2025-ci il ərzində bu rəqəmin 100 milyon manata çatacağı proqnozlaşdırılır” deyə sədr qeyd edib.

    Tədbirin maraqlı məqamlarından biri də yaxın zamanda fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı elan olub. Rəşad Cabirli çıxışında texnoparkın sahibkarlar üçün təqdim edəcəyi vergi güzəştləri, innovativ iş mühiti və digər üstünlüklər haqqında bəhs edərək sahibkarları Abşeron Texnoparkının rezidenti olmağa dəvət edib. Görüşdə həmçinin Türkiyənin Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkının baş direktoru Prof. Dr. Murat Çemberci tərəfindən yaxında fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı geniş təqdimat keçirilib.

    Tədbirin təşkilində göstərdikləri dəstəyə görə sponsorlara təşəkkürümüzü bildiririk: Bahçeşehir Universiteti (BAU), Uyumsoft Bilgi Sistemleri ve Teknolojileri Ticaret A.Ş., Dəyər Media Group (DMG), Xəzri TN MMC (Nömrə 1 Çörək Zavodu), Logix Solutions, ATS FOOD MMC (Çörəkçi), ATA Pack MMC, İdeart MMC, SCZ Metal, İCT Bulut Bilişim, Bakı Nitq Mərkəzi, Turkesh Dekor MMC.

    Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

    #Azərbaycan #Bakı #MÜSİAD Azərbaycan #Birol Akgün #Türkiyənin Azərbaycandakı səfirliyi #VI Müstəqil İş Adamları tədbiri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

    22 Dekabr 2025 15:38

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

    22 Dekabr 2025 13:49

    Azərbaycan və ABŞ enerji əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib

    22 Dekabr 2025 12:43

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib

    22 Dekabr 2025 12:34

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    22 Dekabr 2025 10:41

    Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    22 Dekabr 2025 09:00

    Ermənistan Baş naziri Paşinyan Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

    21 Dekabr 2025 20:23

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb

    21 Dekabr 2025 19:43

    Azərbaycana qış fəsli daxil olub

    21 Dekabr 2025 19:21

    Türkiyə-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası Bakıda keçiriləcək

    21 Dekabr 2025 12:50

    Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

    21 Dekabr 2025 12:12

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    21 Dekabr 2025 10:12
    Demo
    XƏBƏR LENTİ

    İsrailin Qəzzaya hücumlarında həlak olanları sayı 71 minə çatır

    Trend əməkdaşları “Azərbaycan milli mətbuatının 150 illiyi” medalı ilə təltif olunublar

    Azərbaycanı Şanxayda təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə start verilib

    Prezident İlham Əliyev "2026-cı il - “Şəhərsalma və Memarlıq İli" ilə bağlı paylaşım edib

    İran raket proqramının müdafiə xarakterli olduğunu bəyan edib

    Türkiyədən Misirə kimyəvi maddə ixracı 577 milyon dolları keçib (ÖZƏL)

    Türkiyə və Suriya təhlükəsizlik gündəmini Dəməşqdə müzakirə edib

    Sudan ordusu və müttəfiq milis tərəfindən etnik zorakılıq kampaniyası

    Prezident İlham Əliyevin Sərəncamı 76 min aztəminatlı ailəni əhatə edəcək

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.