Əsas səhifə » Putindən gözlənilən addım - Atəşkəs üçün tarix müəyyən olunub

Putindən gözlənilən addım - Atəşkəs üçün tarix müəyyən olunub

BAKI, AzerVoice

Rusiya Prezidenti Vladimir Putin 8-10 may tarixlərində Ukrayna ilə müvəqqəti atəşkəs elan edib.

AzerVoice xəbər verir ki, Putin İkinci Dünya Müharibəsində Qələbə Gününün qeyd olunacağı 8-10 may tarixlərini əhatə edən müddət üçün atəşkəs göstərişi verib.

Kreml bildirib ki, bu addım Ukrayna ilə sülh danışıqları üçün atılıb və Ukrayna tərəfinin cavabı gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Rusiya heç bir ilkin şərt olmadan danışıqlara başlamağa hazırdır. Həmçinin vurğulanıb ki, Ukrayna tərəfinin atəşkəsi pozması halında adekvat cavab veriləcək.

Rusiya Ukraynaya qarşı iddialarını, xüsusən də beş regionun tanınması məsələsini münaqişənin həlli üçün vacib hesab edir.

Digər Kateqoriyalar

2025 © Azervoice